Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq. Sport24.az xəbər verir ki, finalda "Qarabağ" və "Zirə" üz-üzə gələcəklər.
"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan "Zirə" mövsümü ikinci sırada bitirib.
Azərbaycan Kuboku
Final
20:00. "Qarabağ" - Zirə"