Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun II turunda Gürcüstan yığması ilə qarşılaşacaq.
Matçın start fiti Bakı vaxtı ilə saat 14:45-də səslənəcək.
Qeyd edək ki, ilk turda Azərbaycan İngiltərəni məğlub edib (4:0), Gürcüstan isə İspaniyaya uduzub (1:13). Yığma komanda növbəti matçını oktyabrın 7-də meydan sahibləri ilə üz-üzə gələcək.