top
Bruno Franko: Bakıda tıxaclar Bolqarıstandan daha pisdir, Araz-Naxçıvanda tarix yazmaq istəyirəm - MÜSAHİBƏ Idman.biz
07 iyul 2025, 17:31
- ↺ +

Bruno Franko: Bakıda tıxaclar Bolqarıstandan daha pisdir, "Araz-Naxçıvan"da tarix yazmaq istəyirəm - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın yeni braziliyalı futbolçusu Bruno Frankonun Teleqraf-a müsahibəsi

- "Araz-Naxçıvan"la bağlı ilk təəssüratlarınız necədir və komandaya uyğunlaşma prosesi necə gedir?

- Adaptasiyam çox yaxşı gedir. Bura gələrkən hər kəs məni yaxşı qarşıladı və çox nəzakətli davrandı. Klub da, rəhbərlik də mənə tam dəstək verdi. Özümü çox yaxşı hiss edir və inanıram ki, bununla bağlı problem olmayacaq. Əksinə, bu gözəl qarşılama və uyğunlaşma mövsümün əvvəlində mənə çox kömək edir.

- Karyeranızda ikinci dəfə Braziliyadan kənarda çıxış edəcəksiniz. Azərbaycanla bağlı əvvəlcədən nə bilirdiniz və necə oldu ki, bura gəlməyə dair qərar verdiniz?

- Bəli, bu, mənim ikinci beynəlxalq təcrübəmdir. Daha əvvəl Bolqarıstanda oynamışam. Azərbaycan Premyer Liqasını bir qədər tanıyırdım, çünki ötən mövsüm burada çıxış edən dostlarım var idi. "Araz-Naxçıvan"ın təqdim etdiyi plan çox yaxşı idi. Əməkdaşlıq etdiyim "Think Ball" şirkəti ilə apardığımız söhbətlərdən sonra təklifi qəbul etməyə qərar verdik.

- Daha əvvəl futzal oynamısınız. Bu təcrübə sizin oyun tərzinə necə təsir edib?

- 7 yaşımda futzalla başlamışam. Bu, mənə həm sürətli düşünmək, həm də komanda şəklində işləməkdə çox kömək etdi. Futzal texniki cəhətdən də oyunçunun inkişafına böyük töhfə verir. Braziliyada uşaqların futzalla başlaması və sonra böyük meydana keçməsi çox adi haldır. Bir çox tanınmış braziliyalı futbolçu da bu yolu keçib. Futzal çox şey öyrədir.

- Azərbaycana gəldikdən sonra sizi nə isə təəccübləndiribmi?

- Düzdür, hələ burada oynamamışam. Ölkədəki dostlarımla danışmışam və onlar mənə burada oynamağın xoş olacağını, liqanın isə rəqabətli və çətin olduğunu deyiblər. İnanıram ki, Azərbaycan futbolu və liqası son illərdə çox inkişaf edib. Bu ölkədə və bu liqada olmaq mənim üçün böyük məmnuniyyətdir. Mövsümün startı və komandamızın nələr göstərə biləcəyi üçün çox həyəcanlıyam.

- Azərbaycanda legioner həyatı sizin üçün necə keçir: Gündəlik həyat və futbol mühiti baxımından digər ölkələrlə müqayisədə hansı fərqləri hiss etmisiniz?

- Burada, son illərdə oynayıb yaşadığım Bolqarıstanla müqayisədə, yol hərəkəti daha çətindir. Demək olar ki, hər zaman sıxlıq, tıxac var. Amma gündəlik həyatım çox da dəyişməyib, bu cür oyunçu rutininə artıq öyrəşmişəm.

- Komanda yoldaşlarınızla münasibətiniz necədir, baş məşqçi Elmar Baxşıyev sizdə necə təsir bağışlayıb?

- Biz futbolçular bilirik ki, mövsümöncəsi hazırlıqlar necə olmalıdır. Məşqlərimiz daha intensiv davam edir. Amma bu, yaxşıdır, çünki çempionata tam hazır olmaq lazımdır. Mənim üçün daha asan oldu, çünki komandada daha 4 braziliyalı var. Bu amil də daha tez münasibət qurmağımı sürətləndirdi. Baxşıyev mənə tam güvən verdi, inandığını dedi. Bu etimadın qarşılığında mən də özümü yaxşı tərəfdən göstərəcəyəm.

- Bildiyimizə görə, ingilis, ispan və portuqal dillərini bilirsiniz. Komanda daxilində əsasən hansı dildən istifadə edirsiniz və Azərbaycan dilinini öyrənməyə başlamısınızmı?

- Bura yeni gəldiyim üçün, azərbaycanca hələ öyrənməyə başlamamışam. İngilis dilində sərbəst danışıram və burada da bu dillə ünsiyyət qururam.

- Gələcək planlarınız nələrdir: "Araz-Naxçıvan" karyeranızda bir tramplin ola bilərmi?

- Mən tam olaraq "Araz-Naxçıvan" klubuna fokuslanmışam. Planım əlimdən gələnin ən yaxşısını etmək və bu forma ilə tarix yazmaqdır. Gələcək barədə indi nə isə deyə bilmərik. Azərbaycan çempionatı çox inkişaf edib, digər liqalar da artıq buradakı futbolu izləyirlər. Azərbaycanda olmaq, bu klubda çıxış etmək mənim üçün şərəfdir. İndilik əsas məqsədim buradakı gündəlik işə fokuslanmaq, komandaya və azarkeşlərə maksimum dərəcədə fayda verməkdir.

- Azarkeşlərə nə demək istərdiniz: Onlar meydanda Brunonu necə tanıyacaq və nə ilə yadda qalacaqsınız?

- Azarkeşlər məndən sonadək mübarizə aparan və bu formanı sona qədər müdafiə edən bir futbolçu görə bilərlər. Bolqarıstanda komandamın heyətində ən çox meydana çıxan futbolçu idim. Mən döyüşkənəm, son dəqiqəyə qədər vuruşuram və maksimum əzmkarlıq göstərirəm. Azarkeşlər bunu məndən hər zaman gözləyə bilərlər.

- Konfrans Liqasında rəqibiniz Yunanıstanın "Aris" klubu olacaq. Özünüz bu komanda barədə nə bilirsiniz?

- "Aris"in güclü komanda olduğunu və çətin oyun olacağını bilirəm. Yunanıstan çempionatında yaxşı mövsüm keçirdiklərini və liqanın ilk "beşliy"ində qərarlaşdıqlarını gördüm. Bütövlükdə komandamız, yəni, həm məşqçilər, həm də futbolçular bu rəqibi yaxşı analiz edəcək və maksimum dərəcədə hazır olmağa çalışacağıq.

- Qarşıdakı oyunda şanslarınızı necə qiymətləndirirsiniz?

- Hazırda yalnız bu oyunu düşünürük. Hazırlıqlara bir müddətdir ki, başlamışıq. Hər gün çalışacağıq ki, yüksək səviyyədə rəqabət aparaq. Meydana çıxmaq fürsətim olsa, bu komanda üçün bütün gücümü ortaya qoyacağam.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Oxşar xəbərlər