Bruno Fernandes "Mançester Yunayted" forması ilə əlamətdar göstəriciyə imza atıb.
Sport24.az xəbər verir ki, komandanın kapitanı klub karyerasında 100-dən çox qol və 100-dən çox assist göstəricisinə çataraq adını tarixə yazdırıb.
O, buna Premyer Liqanın 28-ci turunda "Kristal Pelas"la matçında (2:1) nail olub.
Bununla da Bruno klub tarixində bu göstəriciyə çatan cəmi üçüncü futbolçu olub. Ondan əvvəl yalnız Rayan Giqs və Ueyn Runi bu uğura nail olublar.