İngiltərənin "Mançester Yunayted" klubunun kapitanı Brunu Fernandeş Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın təklifini rədd edib.
"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəkəbə hesabında məlumat paylaşıb.
Portuqaliyalı futbolçu karyerasını Avropada davam etdirmək istəyir. O, artıq məsələ ilə bağlı yekun qərarını verib.
Qeyd edək ki, yarımmüdafiəçi başa çatan mövsümdə "Mançester Yunayted" forması ilə 57 matçda iştirak edib, 19 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.