top
Bruno Akrapoviç: Qarabağla oyunlar Şkendiya üçün dərs oldu Idman.biz
14 avqust 2025, 13:57
- ↺ +

Bruno Akrapoviç: "Qarabağ"la oyunlar "Şkendiya" üçün dərs oldu"

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Şimali Makedoniyanın "Şkendiya" komandasının sabiq baş məşqçisi Bruno Akrapoviçin AZƏRTAC-a müsahibəsi

- Sabiq komandanız "Şkendiya" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a məğlub olaraq (ümumi hesab 1:6) mübarizəni dayandırdı. Bu barədə nə deyə bilərsiniz?

- Açığı, hər iki oyunu çox izləmək fürsətim olmadı. Sonradan icmallara baxdım. Əvvəldən hər kəsə məlum idi ki, "Qarabağ" cütün favoritidir, güclü komandadır. Heyətində keyfiyyətli futbolçuları var. Azərbaycan çempionu ilə matçlar "Şkendiya" üçün dərs oldu. Ümid edirəm ki, onlar növbəti qarşılaşmalarda daha yaxşı oynayar, səhvlər etməzlər.

- Bu matçlarda "Qarabağ"ın heyətində hansı futbolçuları fərqləndirərdiniz?

- Dediyim kimi, "Qarabağ"ın heyətində keyfiyyətli yerli və legioner oyunçular var. Onlardan Kevin Medina, Leandro Andrade və Nəriman Axundzadəni qeyd edərdim.

- Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın "Ferensvaroş" klubu ilə üz-üzə gələcək. Şansları necə qiymətləndirirsiniz?

- Mən "Ferensvaroş"un "Ludoqorets"lə ilk görüşünü izləmişdim. Düzdür, oyun qolsuz heç-heçə ilə başa çatsa da, macarlar yaxşı mübarizə aparmışdılar. "Qarabağ" üçün çətin rəqibdir. Lakin mümkünsüz heç nə yoxdur. Fikrimcə, komandanız Liqa mərhələsinə yüksələ bilər.

- 2016-cı ildə Şimali Makedoniya klubunda işlədiyiniz dönəmdə Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşmışdınız. Həmin görüşlər xatirinizdə necə qalıb?

- Bəli, çox yaxşı xatırlayıram. "Neftçi"nin həmin dövrdə heyətində gənc futbolçular çoxluq təşkil edirdi. Özü də hamısı keyfiyyətli oyunçular idi. Hər iki qarşılaşmada şanslar bərabər idi. Sonda bəxt bizim tərəfimizdə oldu və qalib gəldik.

- Maraqlıdır, indiyədək Azərbaycan klublarından təklif almısınız?

- İki-üç il əvvəl menecer vasitəsilə Azərbaycan klublarına təklif olunmuşdum.

- Azərbaycanlı futbolçulardan kimləri tanıyırsınız?

- Birinci növbədə "Qarabağ"ın baş məşqçisi, veteran futbolçu Qurban Qurbanovun adını qeyd edərdim. Hazırda onun komandasında oynayan Bədavi Hüseynov və Bəhlul Mustafazadə mənə tanış futbolçulardır. Bundan başqa, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov haqqında da məlumatım var.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 19:28

“Qalatasaray” UEFA-ya müraciət edib

Digər
Bu gün, 19:23

Çempionlar Liqasında sarı vərəqə qaydası dəyişdi: Futbolçuları hansı cəzalar gözləyir?

Futbol
Bu gün, 19:08

Van Deyk, Kloppun onun karyerasındakı rolunu açıqladı

Futbol
Bu gün, 18:59

Leao zədə səbəbindən İstanbul derbisini buraxacaq

Futbol
Bu gün, 18:59

Borussiya 7 gündə 11,300 km səyahət etdi – ‘Sabah’la oyuna hazır

Futbol
Bu gün, 18:53

Real Madrid İngiltərə Premyer Liqası klublarından 80 milyon avro tələb edir

Futbol
Bu gün, 18:50

Zəngəzur 5-0 “Şəki”, Qaradağ Lökbatan 3-0 “Dinamo”

Digər
Bu gün, 18:41

Mourinyo Vinisiusa xəbərdarlıq etdi: “Real Madrid”də toxunulmaz futbolçu yoxdur

Digər
Bu gün, 18:29

“Beşiktaş” və “Trabzonspor”un oyunlarına hakim təyinatları açıqlanıb

Digər
Bu gün, 18:24

“Bavariya”nın baş məşqçisi “Arsenal”la oyun öncəsi xəstələndi

Digər
Bu gün, 18:11

“Əl-Nəsr” borca görə satışa çıxarılır: Ronaldo klubun ortağı olacaq

Qarabağ FK
Bu gün, 18:10

AFFA İntizam Komitəsinin iclası keçirilib

Futbol
Bu gün, 18:00

FIFA Araz-Naxçıvan futbolçusuna 154k USD ödəniş qərarı

Digər
Bu gün, 17:39

NBA-da 81-ci mövsüm başlayır: favoritlər kimlərdir və çempion necə müəyyənləşəcək? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:28

Şahin Diniyev “Sabah” - “Borussiya” oyunu barədə proqnoz verdi

Digər
Bu gün, 17:20

Millinin mövqeyi dəyişmədi

Digər
Bu gün, 17:12

"Liverpul" səs-küylü qış transferinə hazırlaşır

Digər
Bu gün, 17:01

Naxçıvan stadionu təmirə bağlanır? - KLUBDAN AÇIQLAMA

Futbol
Bu gün, 17:00

Mauro İkardi Qalatasaray'dan ayrıldı, Beşiktaş və İngiltərə klubları maraqlanır

Futbol
Bu gün, 16:53

Mourinyonun etirazından sonra El‑Klasiko üçün hakim dəyişdirildi, yeni hakim hələ açıqlanmayıb

Digər
Bu gün, 16:40

Son dəqiqələrin qəhrəmanı: Tellur Mütəllimovun hekayəsi - VİDEO

Digər
Bu gün, 16:34

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Qarabağ FK
Bu gün, 16:26

Xəyal etdi, inandı, qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının “Changan Q07” qalibi danışdı - VİDEO

Digər
Bu gün, 16:24

“Kəpəz” Birinci Liqanın bombardirini transfer etmək istəyir

Oxşar xəbərlər