top
Britaniyalı jurnalist: Qarabağ Çelsi üçün təhlükə ola bilər Idman.biz
05 noyabr 2025, 11:40
- ↺ +

Britaniyalı jurnalist: "Qarabağ" "Çelsi" üçün təhlükə ola bilər

Ağdamın "Qarabağ" klubu İngiltərə Premyer Liqasının nəhəngi "Çelsi"ni cəzalandırmaq gücünə malikdir - baxmayaraq ki, komandanın büdcəsi Britaniya standartları ilə müqayisədə xeyli kiçikdir.

İdman.Biz xəbər verir ki, bu fikirləri "Yahoo Sports" nəşrinin jurnalisti Nizar Kinsella Bakıda hazırladığı reportajda səsləndirib.

Kinsella qeyd edib ki, "Qarabağ" - "Çelsi" qarşılaşması büdcəsi təxminən 22 milyon funt olan klubla Premyer Liqa nəhənginin dueli olacaq. Lakin Azərbaycan çempionu rəqibin işini ciddi şəkildə çətinləşdirməyə qadirdir.

Müəllifin sözlərinə görə, "Qarabağ" turnirdə inamla irəliləyir, Avrokuboklarda ardıcıl iki ev qələbəsi seriyasını rəsmiləşdirməyə çalışır və artıq səkkiz il əvvəlki Çempionlar Liqasındakı debüt mövsümündən sonra ona yuxarıdan aşağı baxılmır. O, komandanın yetkinliyini və təzyiqə cavab vermək bacarığını vurğulayır.

"Bu, artıq 2017-ci ildə üzərində gülünən komanda deyil. Qurban Qurbanovun komandası böyüyüb, Avropanı təəccübləndirib və yetkin Avropa təmsilçisi kimi oynayır", - deyə Kinsella vurğulayıb.

Jurnalist xüsusilə Qurban Qurbanovun rəhbərliyi altında layihənin qeyri-adi sabitliyini və Azərbaycan çempionunun rəqabətqabiliyyətini önə çəkib. O, "Qarabağ"ın Lissabonda "Benfika" üzərində qazandığı 3:2 hesablı qələbəni və "Atletik"lə (1:3) layiqli oyununu xatırladaraq, bunların komandanın sürətli hücum və rəqibi cəzalandırmaq bacarığını sübut etdiyini qeyd edib.

"Bu, dözümlü və meydanın hər hissəsində cavab verməyi bacaran komandadır. Artıq Avropada onun xarakterinə təəccüblənmirlər", – deyə Kinselə bildirib.

O, həmçinin komandanın intizamını, sürətli başlanğıclarını və vertikal oyun üslubunu qeyd edib. Jurnalistin diqqət mərkəzində erkən qollar vuran Leandro Andrade, dinamik cinah oyunçuları, Abdella Zubir, müdafiədə etibarlı çıxış edən Kevin Medina və qapıda inamlı oyun sərgiləyən Mateuş Kohalski dayanır. Müəllif vurğulayıb ki, heyət ağıllı və məqsədyönlü şəkildə formalaşdırılıb, aşağı büdcə isə əksinə, bu təsiri daha da gücləndirir.

"Komandanın ümumi dəyəri təxminən 22-25 milyon avrodur. Bu, təvazökar layihədir, lakin strukturu və sabitliyi sayəsində varlı klublarla bərabər mübarizə aparır", - deyə jurnalist qeyd edib.

Kinsella eyni zamanda "Çelsi"nin durumunu təhlil edərək, komandanın uzun səfər, London vaxtı ilə rejimi qorumaq cəhdi və Enzo Mareskanın heyət rotasiyasına ehtiyacına diqqət çəkib. Onun fikrincə, londonlular ciddi hazırlaşmalı və arxayınlığa yol verməməlidirlər:

"Bu, "Çelsi"nin nə qədər gümrah olduğunun sınağıdır. Əgər onlar oyunun tempi və ilk dəqiqələrdə "Qarbağa"ı cəzalandıra bilməsələr, Ağdam klubu "Çelsi"nin başını ağrıtmağa qadirdir".

Sonda britaniyalı jurnalist etiraf edib ki, "Çelsi"nin oyun səviyyəsi və heyət dərinliyi obyektiv olaraq daha yüksəkdir. Bununla belə, "Qarabağ"ın oyun üslubu, ab-havası və strukturlaşdırılmış hazırlığı bu fərqi müəyyən dərəcədə azaldır və qarşıdakı oyunu gözləniləndən xeyli az birtərəfli edir.

Xatırladaq ki, "Qarabağ" - "Çelsi" oyunu bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Ağdam və London təmsilçiləri altı xal toplayıblar və Çempionlar Liqasının turnir cədvəlində müvafiq olaraq 13-cü və 11-ci pillələrdə qərarlaşıblar.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Oxşar xəbərlər