"Brentford" klubu hücumçusu Yoan Vissanı İngiltərənin digər təmsilçisi "Nyukasl"a satmaqdan imtina edib.
"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"Sağsağanlar" Konqo Demokratik Respublikası yığmasının üzvü üçün 25 milyon avro ödəməyə hazır idi.
Yoan Vissa ötən mövsüm bütün turnirlərdə 39 oyunda iştirak edib, 20 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Brentford"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" futbolçunun bazar dəyərini 32 milyon avro qiymətləndirib.