İngiltərə Premyer Liqasının 9-cu turunun "Brentford" və "Liverpul" arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, qarşılaşmada "Brentford" 3-2 hesabı ilə qalib gəlib.
Meydan sahiblərindən Danqo Uattara beşinci dəqiqədə hesabı açıb. Kevin Şeyd 45-ci dəqiqədə komandasının üstünlüyün artırıb, lakin Miloş Kerkez 45+5-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb.
İqor Tiaqo 60-cı dəqiqədə penaltidən qol vuraraq hesab arasındakı fərqi yenidən iki topa çatdırıb. Öz növbsində Məhəmməd Salah 89-cu dəqiqədə fərqi 1 topa çatdırıb – 2:3.
Bu oyundan sonra "Brentford" 13 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu, "Liverpul" isə 15 xalla altıncı yerdədir.
Növbəti turda "Brentford" 1 noyabrda səfərdə "Kristal Palas"la qarşılaşacaq, "Liverpul" isə həmin gün "Aston Villa"nı qəbul edəcək.