Braziliya millisinin müdafiəçisi Markinyos DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Argentina yığmasına ağır məğlubiyyəti (1:4) şərh edib. Sport24.az "Globo"-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu belə nəticədən sonra danışmağın çətin olduğunu bildirib:
"Belə uğursuzluqdan sonra nəsə demək çətindir. Bu, biabırçılıqdır. Biz vacib qarşılaşmada çox ağrılı məğlubiyyət aldıq. Bu, bir daha təkrarlanmamalıdır. Azarkeşlərimizin çox üzüldüyünü bilirik. Onları sakit olmağa çağırıram. Başımızı qaldırıb irəli getməliyik".
Qeyd edək ki, 14 turdan sonra Braziliya yığmasının aktivində 21 xalı var. Komanda DÇ-2026-nın seçmə mərhələsində dördüncü yerdədir.