top
Brahim Konate: Zirə avrokubokların əsas mərhələsində oynamağa qadirdir Report.az
30 oktyabr 2025, 15:20
- ↺ +

Brahim Konate: "Zirə" avrokubokların əsas mərhələsində oynamağa qadirdir

"Zirə"nin futbolçusu Brahim Konate "Report"a müsahibə verib. Fransalı yarımmüdafiəçi komandasının cari mövsümdəki çıxışından və hədəflərindən danışıb. O, "Zirə"nin gələcəkdə avrokubokların Liqa mərhələsinə vəsiqə qazanacağına inandığını deyib.

- "Zirə" 9 turdan sonra 16 xalla üçüncü sırada qərarlaşıb. Komandanın çıxışını necə qiymətləndirirsiniz?

- Mövsümə yaxşı başladığımızı düşünürəm, iddialı komandayıq. Hər oyuna qalib gəlmək məqsədi ilə çıxırıq. Hədəfimiz oyunlardan maksimum nəticə ilə ayrılmaqdır. Bu formada davam etsək, mövsümü yüksək yerdə bitirə bilərik.

- IX turda "Sumqayıt" üzərində minimalhesablı qələbə qazandınız və qol sizin aktivinizə yazıldı. Bu görüşü barədə nə deyə bilərsiniz?

- Sözügedən qarşılaşmanın ilk hissəsində çox yaxşı oyun sərgilədik. Bunun nəticəsində ilk hissədə qol vurmağı bacardıq. Təəssüf ki, ikinci yarıda nəzarəti müəyyən qədər itirdik. Bir neçə qol epizodunu da boşa verdik. Matç zamanı qol vurmaq və onun sevincini yaşamaq çox xoş hissdir. Lakin əsas odur ki, çıxış etdiyin komanda qələbə qazansın.

- Ondan əvvəlki turda isə "Sabah"a üç cavabsız qolla uduzmuşdunuz. Bu məğlubiyyətin səbəbini nədə görürsünüz?

- Həmin matçda istədiyimiz oyunu göstərə bilmədik. Məğlubiyyətin konkret səbəbini demək çətindir. Bu cür nəticədən sonra həm fərdi, həm də komanda şəklində nəticə çıxarmalıyıq. Bu, inkişaf etmək və irəli getmək üçün vacibdir.

- "Zirə" bu mövsüm çempionatda və ölkə kubokunda hansı uğurları qazana bilər?

- Ən yaxşı nəticəni qazanmağa çalışırıq. Bunun üçün hər oyuna ayrıca fokuslanmaq lazımdır. Mövsümün sonunda harada olacağımızı görəcəyik. Amma hiss olunur ki, həm komanda, həm də məşqçilər heyəti çox motivasiyalı və iddialıdır. İnanırıq ki, əməyimizin bəhrəsini görəcəyik. Əmək, cəsarət və ambisiya olduqda hər şey mümkündür. Dediyim kimi, addım-addım irəliləyirik, hər oyunu ayrı hədəf kimi görürük.

- Siz əvvəllər "Şamaxı" klubunun heyətində oynamısınız. Azərbaycan çempionatının səviyyəsini ötən mövsümlə müqayisədə necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, bu mövsüm legioner limiti ləğv olunub. Hazırkı Premyer Liqa ötənilkinə nisbətən daha rəqabətli və çətindir. Düşünürəm ki, legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafı baxımından çox müsbət haldır.

- "Qarabağ" hər il avrokubokların əsas mərhələsinə vəsiqə qazanır. Azərbaycanlı futbol azarkeşləri digər klublardan da bu uğuru gözləyirlər. "Zirə"də ən azı Konfrans Liqasının Liqa mərhələsinə düşəcəyini gözləmək olar?

- "Zirə" Azərbaycan çempionatının ən sabit və güclü klublarından biridir. Son illərdə daim ilk "üçlük"də yer alması da bunun bariz nümunəsidir. Yaxın gələcəkdə "Zirə"nin avrokubokların əsas mərhələsində oynayacağına inanıram. Düşünürəm ki, komandamız buna qadirdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Oxşar xəbərlər