"Çelsi"nin baş məşqçisi Enso Mareska Premyer Liqada "Tottenhem"ə qalib gəldikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları deyib:
"Nəticə vacibdir. Çünki mövsümün sonuna yaxınıq. Eyni zamanda istədiyimiz kimi oynayaraq, nəticə əldə etməyə çalışırıq. Böyük komanda olmaq istəyiriksə, hər cür qələbə qazanmağı bacarmalıyıq".
"Çelsi" çempionatda 30 turdan sonra 52 xalla 4-cü sıradadır.