top
“Böyük beşlik”də ən məhsuldarlar - STATİSTİKA İdman.biz
04 dekabr 2024, 17:29
- ↺ +

“Böyük beşlik”də ən məhsuldarlar - STATİSTİKA

"Böyük beşlik" ölkələrinin ən yüksək liqalarında komandalar 12-15 arası oyun keçiriblər.

Fərqli liqalarda oyun sayındakı müəyyən fərq tam bərabərhüquqlu yanaşmaya imkan verməsə də, İdman.biz bu çempionatlarda ən məhsuldar futbolçuların statistikasını müxtəlif parametrlərdən nəzərdən keçirib.

5 liqada ən çox qol vuran Robert Levandoskidir ("Barselona", 15). Harri Keyn ("Bavariya") 14 qolla 2-ci, Omar Marmuş ("Ayntraxt") 13 qolla 3-cü göstəriciyə malikdir.

Ev oyunlarında ən çox Harri Keyn ("Bavariya") fərqlənib - 9. Erlinq Haland ("Mançester Siti"), Yoan Vissa və Brayan Mbuemo (hər ikisi "Brentford") doğma arenada 7 qol vurublar.

Səfər qollarında Robert Levandovskiyə ("Barselona") yaxın düşən yoxdur - 10. Omar Marmuş ("Ayntraxt") 8, Conatan David ("Lill") 7 dəfə meydan sahiblərini məyus edib.

18 yaşadək futbolçular arasında ən çox (5) qol vuran və ümumiyyətlə qol vuran ən gənc futbolçu 17 yaş 5 aylığında olan Lamin Yamaldır ("Barselona").

15 qollu Levandovski ("Barselona") ilə 35 yaşdan yuxarı futbolçular sırasında ən yaxından rəqabət aparan 5 qollu Yaqo Aspasdır ("Selta"). Ümumiyətlə qol vuran ən yaşlı futbolçu cəmi 1 dəfə fərqlənmiş Xesus Navasdır. "Sevilya"nın futbolçusunun 39 yaşı 12 gün bundan öncə tamam olub.

Cərimə meydançası daxilindən ən çox qolu Robert Levandovski ("Barselona", 14) və Harri Keyn ("Bavariya", 12) vurublar. Uzaq zərbələrdə isə 3 qollu Koul Palmer ("Çelsi"), Matteus Kunya ("Vulverhempton") və Federiko Valverde ("Real"Madrid) daha çox fərqləniblər.

Robert Levandovskiyə ("Barselona") sağ ayaqla vurulan qollarda ən məhsuldarlığa Omar Marmuş ("Ayntraxt") şərikdir. Hər ikisi 11 dəfə bu cür fərqlənib. Harri Keyn ("Bavariya") sağ ayaqla 10 qol vurub.

Məhəmməd Salah ("Liverpul") 11 qolunun hamısını sol ayaqla imza atıb. Erlinq Haland ("Mançester Siti") da sol ayağa üstünlük versə də, 12 qolunun 10-nu işlək ayağı ilə vurub. Ümumiyyətlə, solaxaylar daha çox Premyer Liqadadır. Koul Palmer ("Çelsi") və Brayan Mbuemo ("Brentford") 8 qolun hamısını solaxay zərbə ilə qapıdan keçirib. Premyer Liqa futbolçuları ilə bu sahədə digər liqalardan rəqabət apara bilən tək futbolçu 9 qolunun 8-ni solla vurmuş Rafinyadır ("Barselona").

Baş zərbələrinin sərrastları Tim Kleyndienst ("Borussiya"Mnxb.) və Mateo Retegidir ("Atalanta"). Hər ikisinin başla 4 qolu var.

Qapıya 20-dən çox zərbə vurmuş futbolçular arasında qolların nisbətində ən yüksək göstərici Kris Vuddadır. "Nottingem"in futbolçusu 22 zərbəsindən 9-nu, yəni 40,91 faizini qola çevirib. 40-dan çox zərbə vuranların liderləri isə 30,43 faizlə (46-dan 14) Harri Keyn ("Bavariya") və 29,41 (29,41) faizlə Robert Levandovskidir.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 09:22

Üçüncü tur: Murov Az Terminal – Neftçi arasındakı qarşılaşma

Futbol
Bu gün, 09:20

Useyn Bolt, Ronaldo'ya Sosial Mediada Təşəkkür Etdi

Basketbol
Bu gün, 09:17

Ordu və Sabah altıncı turda qarşı-qarşıya gələcək

Voleybol
Bu gün, 09:07

Qadın voleybolu Super Liqası yeni mövsümə başlayır, birinci turun iki oyunu

Futbol
Bu gün, 09:03

Bu gün Avropanın beş aparıcı liqasında və Türkiyə Superliqasında keçiriləcək altı oyun

Futbol
Bu gün, 09:00

Neftçi Kəpəz ilə I dövrənin sürpriz komandası qarşılaşır

Futbol
Bu gün, 08:40

Qalatasaray, Batrakovun maaşını 1 milyon avroya qədər artıracaq

Qarabağ FK
Bu gün, 08:20

Qarabağ Azersun Arena’da Turan Tovuz ilə üz-üzə gəlir

Futbol
Bu gün, 08:10

Argentina millisinin 10 nömrəli formasını hələlik heç kimə verməmək qərarı alındı

Futbol
Bu gün, 08:00

Polis Amar Dediçi və yoldaşını silahlarla saxladı

Futbol
Bu gün, 07:14

Qallas William Salibanın Real Madriddə keçə biləcəyini açıqladı

Futbol
Bu gün, 06:13

Albiol: Mourinyonun məşqçilik yanaşması dəyişib, artıq əvvəlki kimi deyil

Futbol
Bu gün, 05:14

Bellinqem 16 yaşlı istedadlı Cey Cey Gabrielı Real Madridə gətirir

Futbol
Bu gün, 04:10

Lester klubunun titul sponsorunun pornoaktrisa ilə əməkdaşlığına azarkeşlər etiraz edir

Futbol
Bu gün, 03:12

Portuqaliya prezidentindən Cristiano Ronaldoya veda mesajı: 'Xalqımız sənin yanındadır'

Futbol
Bu gün, 02:39

PSJ qış transfer pəncərəsində Galatasarayın rus futbolçusu Aleksey Batrakovu cəlb edə bilər

Futbol
Bu gün, 01:43

Ramos Ronaldunun Portuqaliya milli komandadan istefa etdiyi xəbərə təəccübləndi, Silva təşəkkür etdi

Futbol
Bu gün, 01:24

Ruben Amorim Milanın Avropa Liqa məğlubiyyətindən sonra oyunçularını sərt tənqid etdi

Futbol
Bu gün, 01:05

Divock Origi Harvard Biznes Məktəbində təhsil alır

Futbol
Bu gün, 00:45

Murad Musayev “Sabah”ın baş məşqçisi vəzifəsinə qayıda bilər

Futbol
Bu gün, 00:29

“Qəbələ” 2026/2027 mövsümünün yeni üçüncü forması təqdim edildi

Digər
Bu gün, 00:19

Bakıda yanğınsöndürmə və xilasetmə dünya çempionatının qalibləri müəyyənləşdi

Futbol
Bu gün, 00:04

Pol Skoulz "Mançester Yunayted" üçün Gabriel Maqalyans, Deklan Ray, Maykl Olise, Kilian Mbappe və Cud Bellinqemı transfer etməyi məsləhət görüb

Gimnastika
Bu gün, 00:00

Azərbaycan gimnastları Nankindəki Dünya çempionatında növbəti mərhələyə vəsiqə qazandılar

Oxşar xəbərlər