Braziliyanın "Botafoqo" klubu baş məşqçisi Renato Payva ilə yolları ayırıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis klublararsı dünya çempionatının 1/8 finalında Braziliya A Seriyasının digər təmsilçisi "Palmeyras"a məğlubiyyətdən sonra postunu tərk edib.
Qeyd edək ki, R.Payva 2025-ci ilin fevralından komandanı çalışdırırdı. O, daha öncə Ekvadorun "İndependyente", Meksikanın "Leon" və "Toluka", həmçinin Braziliya təmsilçisi "Baya"da baş məşqçi kimi fəaliyyət göstərib.