top
Borussiya Dortmundun su keyfiyyəti iddiaları əsassızdır, Barselona narahat olmamalıdır Sport24.az
Bu gün, 19:44
- ↺ +

Borussiya Dortmundun su keyfiyyəti iddiaları əsassızdır, Barselona narahat olmamalıdır

Bakı Olimpiya Stadionu UEFA Çempionlar Liqası "Sabah" - "Borussiya" matçından sonra qonaq komandanın səsləndirdiyi iddialara aydınlıq gətirib. Sport24.az xəbər verir ki, arenanın sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib:

 

"UEFA Çempionlar Liqası turnirinin Liqa mərhələsi çərçivəsində oktyabrın 20-də Bakı Olimpiya Stadionunda (BOS) keçirilmiş "Sabah" – "Borussiya Dortmund" (Almaniya) oyunundan sonra qonaq komandanın rəsmilərindən biri mətbuata verdiyi açıqlamada stadionun paltardəyişmə otaqlarında yerləşən duş kabinlərindən istifadə etmədiklərini, BOS-un su təchizatı sistemində "legionella" bakteriyasının ola biləcəyi ehtimalını səsləndirmişdi. Hər hansı mənbəyə və ya laborator analizin nəticələrinə istinad olunmadan belə əsassız fikirlərin bildirilməsi təəccüb və təəssüf hissi keçirməyimizə səbəb olmuş, öz növbəmizdə mətbuata açıqlama verərək səslənən iddiaların həqiqəti əks etdirmədiyini, BOS-un su təchizatı sisteminin müvafiq keyfiyyət standartlarına cavab verdiyini, bu məsələ ilə bağlı arenanın qüvvədə olan sertifikata malik olduğunu vurğulamışdıq. Eyni zamanda, cari mövsümdə UEFA Çempionlar Liqası turniri çərçivəsində Bakı Olimpiya Stadionunda məşqlər və oyunlar keçirmiş "Sabah" və "Slaviya Praqa" (Çexiya) komandaları tərəfindən bu məsələ ilə əlaqədar hər hansı iradla qarşılaşmadığımızı bildirmişdik.

 

Bakı Olimpiya Stadionunun su təchizatı sisteminin standartlara cavab verdiyini təsdiqləyən və hazırda qüvvədə olan laborator analiz nəticələrinə malik olmağımıza baxmayaraq, bu məsələdə ictimaiyyətin əminliyini bir qədər də möhkəmləndirmək məqsədilə BOS-dan yenidən götürülmüş su nümunələrinin ayrı-ayrı laboratoriyalarda analizi aparılıb və nəticələr daha əvvəl səsləndirdiyimiz fikirləri növbəti dəfə təsdiqləyib. "MediClub" Tibb Klinikası və "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi"nin Mərkəzi Laboratoriyası tərəfindən aparılmış, mətnə əlavə olunmuş fotolardakı analiz nəticələri Bakı Olimpiya Stadionunun su təchizatı sistemində hər hansı problemin olmadığının növbəti sübutudur.

 

Necə deyərlər, "Borussiya Dortmund" klubunun nümayəndəsi tərəfindən bu məsələ ilə əlaqədar səsləndirilmiş fikir əsassızdır, "Barselona" isə mövzu ilə bağlı narahat olmaya bilər".

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Futbol
Bu gün, 20:39

Qalatasaray Alexey Batrakovun maaşını 6 milyon avroya çatdıraraq onu komandada saxlamağa hazırlanır

Qarabağ FK
Bu gün, 20:33

Turan Tovuz “Qarabağ”ı məğlub etdi: Liderlərlə mübarizədə uğur qazandı

Digər
Bu gün, 20:30

Azərbaycanın dopinqlə mübarizə təcrübəsi UNESCO proqramında Afrika ölkələrinə təqdim olundu

Futbol
Bu gün, 20:27

Coob Bellinqem ilk dəfə İngiltərə millisinə çağırılıb

Futbol
Bu gün, 20:24

Viktor Osimhen sol diz zədəsi səbəbindən bir müddət Qalatasaray'dan uzaq qalacaq

Futbol
Bu gün, 20:24

İngiltərənin üç nəhəng klubu "Milan"ın müdafiəçisi Koni de Vinter üçün mübarizədədir

Qarabağ FK
Bu gün, 20:15

“Qarabağ” – “Turan Tovuz”: “Azersun Arena”da müddətli qonaqların 0:1 hesablı qələbəsi

Voleybol
Bu gün, 20:11

Qarsda Zəfər Gününə həsr olunan voleybol turnirində İdman Elmləri Fakültəsi qalib oldu

Futbol
Bu gün, 19:58

Türkiyə millisinin Fransa və Belçika ilə oyunlar üçün heyəti açıqlandı

Futbol
Bu gün, 19:52

Bakı Olimpiya Stadionu Borussiya Dortmundun su ilə bağlı iddialarını təkzib edərək əlavə laboratoriya analizlərini açıqladı

Futbol
Bu gün, 19:44

"Real Madrid" qapıçı Ziyon Suzuki üçün rekord cəbhə hazırlayır

Futbol
Bu gün, 19:28

Vikingin forvardı Erik Botheim 4:1 qalibiyyəti haqqında şərh etdi

Futbol
Bu gün, 19:20

Portuqaliyanın ikinci divizion komandası Torreense Avropa Liqasında tarixi qələbə qazandı

Futbol
Bu gün, 19:00

La Liqa 12-ci tur: "Mərakeş"i başqa yerdə çəkin deyərək, "Real Madrid" Valensiya səfərində, liderlik uğrunda isə "Barselona" ilə "Atletiko" mübarizəsində

Digər
Bu gün, 18:44

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında Belarus və Rusiya komandaları birinci yeri tutublar

Voleybol
Bu gün, 18:37

Yusubov: Qızlar Özlərinə İnam Edə Bilməyirlər, Komanda Təcrübə Çatışmazlığı Var

Futbol
Bu gün, 18:29

UEFA "Səbahi"nin "Vikinqə" 4:1 hesabıyla məğlubiyyətini qeyd etti

Futbol
Bu gün, 18:28

Tomas Tuxel: İngiltərə millisinin UEFA Millətlər Liqasındakı bir nömrəli hədəfi birinci yeri tutmaq və Avro-2028-ə hazırlaşmaqdır

Digər
Bu gün, 18:15

Azərbaycan Atletika Federasiyası ERBC 2026-da Portuqaliyada iştirak edir

Futbol
Bu gün, 18:13

Bavariya Məşqçisi Kompanın Sağlamlığı İlə Bağlı Müsbət Gelişmə

Futbol
Bu gün, 17:55

Superliqada liderlik dueli: Qalatasaray‑Amed və Fənərbağçanın yeni dövrü

Futbol
Bu gün, 17:42

Bernardu Silva Portuqaliya millisində Ronaldunun əvəzinə yeni kapitan olacaq

Oxşar xəbərlər