top
Bombardiri qayıdıb, həsrəti sona çatıb - TƏHLİL İdman.biz
12 iyul 2024, 11:34
- ↺ +

Bombardiri qayıdıb, həsrəti sona çatıb - TƏHLİL

Avrokubokların 2024/25 mövsümü Azərbaycan üçün uğurlu başlayıb.

İdman.biz xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu Moldovada "Şerif"ə qarşı keçirən "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

2555 günlük həsrətə son
"Zirə" avrokuboklardakı qol həsrətinə son qoyub. Bakılılar sonuncu dəfə "Astra" ilə 2017-ci il iyulun 13-də keçirilən matçda fərqlənmişdi. Avropa Liqasının II təsnifat mərhələsinin Rumıniyadakı görüşündə (1:3) Rəşad Sadiqov qol vurub. Bu, oyunun 34-cü dəqiqəsində baş verib. "Astra" ilə Bakıdakı qarşılaşmada (0:0), həmçinin Konfrans Liqasının iki il əvvəl Təl-Əviv "Makkabi"si ilə (0:3, 0:0) matçlarında təmsilçimiz qola həsrət qalıb. Davit Volkov zirəlilərin 2555 günlük həsrətinə son qoyub. Bunun üçün meydanda keçirilən 414 dəqiqə gözləmək lazım olub.

Qələbə də gəldi
Avropadakı son iki duelində "Astra" və "Makkabi" ilə eyni ssenari ilə üzləşən "Zirə" hərəsinə bir dəfə uduzub, bir dəfə bərabərə qalıb. Dörd qarşılaşmanı qələbəsiz bitirən komanda bu həsrətə də son qoyub. Son qalibiyyət 2562 gün əvvəl qeydə alınmışdı. Həmin vaxt zirəlilər Lüksemburqda "Differdanj"ı 2:1 hesabı ilə məğlub edib. Bu, 2017-ci il iyulun 6-da qeydə alınıb.

"Quru" ənənəsi
"Zirə" tarixində 4-cü quru oyununu keçirib. Avrokubokların hər duelində bir oyunda qol buraxmayan komanda "Şerif"lə görüşdə də qapısını toxunulmaz saxlayıb. "Differdanj" və "Astra"dan evdə, "Makkabi"dən səfərdə qol buraxmayan komanda ardıcıl ikinci səfərdən rəqib qoluna imkan verməyib.

"Şerif Arena"da toxunulmazlıq
Tarixdə ilk dəfə Azərbaycan klubu "Şerif"lə səfər oyununu qol buraxmadan tərk edib. İki dəfə Moldova klubu ilə görüşən "Qarabağ" hər dəfə bir top buraxıb. 2017-ci ildə təmsilçimiz 2:1 hesablı qələbə qazanıbsa, növbəti il meydan sahibləri bir qolla qalib gəlib. "Zirə" isə Tiraspolda qol buraxmadan qayıdıb.

Bombardir qolla qayıtdı
2020-22-ci illərdə vurduğu 22 qolla "Zirə"nin tarixində ən yaxşı bombardir olan Volkov qayıdışını qələbə topu ilə qeyd edib. O, sonuncu dəfə 776 gün əvvəl "qartallar"ın formasını geyinmişdi. 2022-ci il mayın 27-də "Qarabağ"la Azərbaycan kubokunun finalında (1:1, p.3:4) penaltilər seriyasında qol vura bilməyən gürcüstanlı dönüşünü qolla bəzəyib. Bu, onun "Zirə" forması ilə avrokuboklardakı debütü və ilk qolu olub. O, komandasının heyətində son dəfə 2022-ci il aprelin 24-də fərqlənmişdi. Növbəti qolunu 889 gün gözləyən legioner "Sumqayıt"la həmin matçda (1:0) da səfərdə sevinib. İndi 88-ci dəqiqədə qələbə qoluna imza atan Davit onda da 90+2-ci dəqiqədə qalibiyyətin səbəbkarı olub.

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Oxşar xəbərlər