İtaliyanın "Bolonya" klubu qapıçısı Lukaş Skorupski ilə müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi məlumat yayıb.
34 yaşlı polşalı qolkiperin yeni sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, 2018-ci ildən "Bolonya"da çıxış edən Lukaş Skorupski ötən mövsüm komanda ilə İtaliya Kubokunun qalibi olub.