Boliviyada hakim bir matçda yeddi qırmızı vərəqə göstərib.
İdman.Biz bildirir ki, birinci hissədə cərimə meydançasındakı böyük gölməçə üzündən "Bluminq" və "Bolivar" oyunçuları arasında kütləvi dava düşüb.
Belə ki, qonaqların hücumçusu Damian Battalini hücumda olarkən həmin gölməçəyə yıxılıb. Bunun ardınca həmin ərazidə iki komandanın oyunçuları arasında dava başlayıb.
Hakim bu davaya görə beş oyunçunu, ikinci hissədə isə daha iki oyunçunu meydandan qovub.
15 futbolçu ilə başa çatan qarşılaşma qonaqlar 90-cı dəqiqədə vurduqları qolla qələbə qazanıblar – 2:1.