Avropa Liqasının "Bodo Qlimt" – "Qarabağ" oyununun hakimləri açıqlanıb.
İdman.biz xəbər verir ki, Liqa mərhələsinin IV turunun matçını Portuqaliyadan olan hakimlər idarə edəcək.
Görüşün baş hakimi Luis Qodinyo olacaq. Ona Rui Teyşeyra və Pedro Almeyda kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andre Narsiso yerinə yetirəcək. Huqo Migel VAR, Fabio Oliveyra Melo AVAR hakimi olacaq.
Qeyd edək ki, noyabrın 7-də keçiriləcək "Bodo Qlimt" – "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
İdman.biz