top
“Bizim üçün heç-heçə də kifayətdir, ancaq bu, təhlükəli fikir ola bilər” İdman.biz
15 noyabr 2024, 16:25
- ↺ +

“Bizim üçün heç-heçə də kifayətdir, ancaq bu, təhlükəli fikir ola bilər”

Sabah UEFA Millətlər Liqası çərçivəsində Estoniya futbolçuları ilə qarşılaşacaq Azərbaycan millisi üçün bu oyun qrupda sonuncu – 4-cü yerdən qurtulmaq baxımından çox vacibdir.

İdman.biz xəbər verir ki, Tallinndə öz aralarındakı görüşdə 3:1 hesablı qələbə qazanan estonlar komandamızı üç xal qazabaqlayır. Ona görə də Azərbaycan millisi Qəbələdəki qarşılaşmada ancaq qalib gəlməyə çalışacaq. Şübhəsiz, Estoniya da uduzmamağı hədəfləyib.

Estoniya futbolunun tanınmış simaları eksklüziv olaraq İdman.biz üçün qarşıdakı oyunla bağlı fikirlərini bölüşüblər.
143 oyunla milli komandanın ən çox formasını geyinmiş üç futbolçusundan biri olan Marko Kristal vaxtilə həm də Azərbaycan komandası ilə yeddi qarşılaşmada çıxış edib və bir qol vurub:

"Bütün əvvəlki görüşləri iki bərabər səviyyəli komandanın qarşılaşması kimi xatırlayıram. Sizin komandada həmişə texnikalı oyunçular daha çox olub, biz isə meydanda çox çalışmağa arxalanmışıq.
Qarşıdakı oyun asan olmayacaq, çünki Azərbaycan millisi öz meydanında hər kəs üçün, həqiqətən, çətin rəqibdir. Düzdür, nəticələriniz həmişə uğurlu alınmır, lakin oyunlar bütün rəqiblər üçün çətin olur.
Estoniyalı futbolçularla müqayisədə sizin oyunçuların çoxu hər həftə daha yaxşı liqada oynayır, amma vacib olan məqam budur ki, Estoniyanı məğlub etmək istəyirsinizsə, son matçlarda olduğu kimi, komanda olaraq daha yaxşı çıxış etməlisiniz".

Azərbaycan komandası ilə əvvəlki oyunlardan 6-da forma geyinən və bir dəfə fərqlənən İndrek Zelinski isə 27 qolla Estoniya millisinin tarixində ikinci məhsuldar oyunçudur:

"Tarixən futbolçularınız texniki və fiziki cəhətdən yaxşı səviyyədə olublar. Estoniyada isə müdafiə, təşkilatçılıq və fiziki güc daha yaxşıdır. İki fərqli oyun nümayiş etdirən komandanın qarşılaşması futbolu maraqlı edir. Tarixdəki nəticələr də göstərir ki, milli komandalarımızın görüşləri həmişə buna uyğun olub. Qarşıdakı görüş də fərqli deyil. Taktikaya və hazırlığa təsir edə biləcək yeganə məqam komandaların qrupdakı mövqeyidir.
Bizim üçün hətta heç-heçə də kifayətdir. Ancaq bu, təhlükəli fikir ola bilər. Son qarşılaşmada bəxtimiz gətirdi və Azərbaycanın qolundan sonra ikinci dəfə fərqlənə bildik.
Azərbaycanın çox təcrübəli və yaxşı məşqçisi var və əminəm ki, o və milli komandanız işimizi çətinə salacaqlar. Estoniya komandası və oyunçuları lazım olan nəticəni əldə etmək üçün ən yaxşı keyfiyyətlərini nümayiş etdirməli və bütün 90+ dəqiqə ərzində oyuna köklənməlidirlər. Sizə, Azərbaycan komandasına və xalqınıza uğurlar arzulayıram!"

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Oxşar xəbərlər