top
Bizim “Mançester Siti” İdman.biz
09 noyabr 2024, 14:10
- ↺ +

Bizim “Mançester Siti”

İFFHS avrokubokların ən uzun məğlubiyyətsizlik seriyalarını açıqlayıb.

İdman.biz Azərbaycan klublarının qitə kuboklarındakı analoji seriyalarını təqdim edir.

Təbii ki, təmsilçilərimizin ardıcıl 27 oyun uduzmayan "Mançester Siti"dən çox uzaq düşüb. Üstəlik, qitə nəhənglərinin seriyaları avrokubokların əsas mərhələləri ilə bağlı olub. Bizim klublar isə təsnifat və əsas mərhələlər qarışıq seriyalaa imza atıblar. Əlbəttə ki, bizim də öz "Mançester Siti"miz var.

Konfrans Liqasında uzun yol

Azərbaycan rekordu "Qarabağ"a məxsusdur. Qurban Qurbanovun komandası ardıcıl 11 oyunda uduzmayıb. Bu, təmsilçimizin Konfrans Liqasında oynadığı 2021/22 mövsümünə təsadüf edib. Əvvəlki mövsümü "Vilyarreal"dan aldığı texniki məğlubiyyətlə bitirən Ağdam klubu özü üçün yeni turnirdə üç təsnifat mərhələsini 6 matçda uduzmamamaqla keçib. Qrupdakı yeganə yenilgisi son turun "Bazel"lə qarşılaşmasına təsadüf edən "Qarabağ" əsas mərhələdə 5, ümumilikdə 11 görüşdə uduzmayıb. Bu müddətdə 7 qələbə və 4 heç-heçə qeydə alınıb. Hətta əgər texniki nəticəni ümumiyyətlə nəzərə almasaq, 2020/21 mövsümündə baş tutan son görüşdə Təl-Əviv "Makkabi"si ilə heç-heçə seriyanı 12-yə də çatdıra bilər. Amma texniki nəticələrin nəzərə alınıb-alınmaması ilə bağlı fərqli yanaşmalar mövcuddur.

Pley-offdan pley-offa

Azərbaycan klublarının ikinci ən uzun seriyası 7 oyundan ibarətdir. Bu rəqəmə 4 dəfə şahid olmuşuq. Ardıcıl 7 dəfə uduzmayan ilk komandamız "Qarabağ" olub. 2009-cu ildə Avropa Liqasının pley-offunda "Tvente"yə ilk matçdakı məğlubiyyətdən sonra Qurbanovun komandası nə cavab oyununda uduzub, nə də növbəti mövsümün ilk üç raudunda. Pley-offun ilk qarşılaşması Dortmund "Borussiya"sının 4 cavabsız qolu ilə yadda qalıb. Seriya 4 qələbə və 3 heç-heçədən ibarət olub.

Üç mövsümlük seriya

Həmin vaxt üçün rekord sayılan göstəricini təkrarlayan ilk komanda "İnter" olub. İndi "Şamaxı" adlanan komandanın seriyası üç fərqli mövsümü əhatə edib. 2010/11 mövsümünə qələbə ilə vida edən Bakı təmsilçisi bir il sonra Avropadan kənar qalıb. 2012-ci ilin yayında 4 oyun uduzmamaqla mövsümü bitirən komanda bir il sonra da iki məğlubiyyətsiz matç keçirib. Seriya Norveçdə "Tromse"dən 2 cavabsız qol buraxanda qırılıb. Bu müddətdə 4 qələbə və 3 heç-heçə yaşanıb.

Yenə almanlar

2013-cü ildə təkcə "İnter"in deyil, "Qarabağ"ın da növbəti 7 oyunluq seriyası qırılıb. İki il əvvəl Avropa Liqasında III mərhələnin ilk görüşündə "Brügge"yə 1:3 hesabı uduzan Qurbanovun yetirmələri Bakıdakı cavab matçında qalib gəlib və növbəti mövsümdə Avropaya çıxa bilməyib. 2013/14 mövsümündə ilk üç raundda uduzmadan pley-offa yüksələn komanda yen Almaniya klubuna rəqib olub. Bu dəfə "Borussiya" deyil, "Ayntraxt" seriyanı qırıb. Almanlar ilk oyunda 2 cavabsız qola sevinib. Seriya isə 6 qələbə və 1 heç-heçə ilə diqqət çəkib.

Polşadan Leverkuzenə

Azərbaycan klublarının ən azı 7 avrokubok matçında uduzmaması sonuncu dəfə ötən il yaşanıb. Yenə "Qarabağ" və yenə Almaniya klubunun qırdığı seriya... Çempionlar Liqasında II təsnifat mərhələsinə Polşada "Rakuv"a 2:3 hesablı məğlubiyyətlə başlayan Ağdam klubu evdə heç-heçə oynayıb. Avropa Liqasına düşdükdən sonra təsnifatda 4, qrupda 2 matç məğlubiyyətsiz bitib. Leverkuzen səfərində "Bayer"dən xal almaq mümkün olmayıb – 1:5. Mövsümün 7 oyunluq bölümü 5 qələbə və 2 heç-heçə ilə əlamətdar olub.

Qeyd edək ki, beş ən yaxşı seriyadan başqa, "Bakı", "Qarabağ" və "Qəbələ"nin hərəsi bir dəfə 6 ardıcıl matçda uduzmayıb.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Oxşar xəbərlər