top
Bəzi mətnlər gerçəyi ifadə etmir - Qurban Qurbanov Qol.az
28 aprel 2025, 15:10
- ↺ +

Bəzi mətnlər gerçəyi ifadə etmir - Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, "Qarabağ" Misli Premyer Liqasının 32-ci turunda "Sabah"la 1:1 hesablı heç-heçə edərək sona 4 tur qalmış 12-ci çempionluğunu rəsmiləşdirib.

QOL.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib: 

- Futbolçularımı təbrik etmək istəyirəm. Bir illik əziyyətdən sonra uğur əldə etdilər. Bu məni sevindirir. Çempionluğun sayı bəlkə bir az çox görünür. Amma futbolçuların istəkli olması çox vacibdir. Bu il də bunun şahidi oldum. Hər birinə təşəkkür edirəm. "Sabah"a qarşı əsl çempionluq oyunu oldu. Hər iki komanda tərəfdən ağıllı oyun gördük. Bu stadionda oynamaq həmişə xoşdur. Azarkeşlərimizi təbrik edirəm. Onlar da bunu haqq etdilər. Hər zaman bizimlə oldular. "Sabah"a uğurlar arzulayıram. Onların da azarkeşlərinə təşəkkür edirəm. Gözəl mənzərə var idi. Hər birimiz sevinirik.

- Futbolçular elə sevinirdi ki, sanki çempion olmayıblar, artıq buna öyrəşiblər...

- Nə qədər çempionluğun sayı çox olsa da, futbolçuları belə motivasiyada saxlamaq vacibdir. Onların arzusu olmasa, bu tempdə saxlamaq çətindir. Qalib gəlmək istəyirdik. Hər bir uğurun ilkləri daha ləzzətli olur. Amma mən həmişə növbəti uğuru daha çox əldə etmək istəmişəm. Oyundan sonra sevinməyə gəldikdə, ola bilər ki, orada bir az motivasiya görünmür. Amma hər bir halda, mənə vacib olan meydançadır, orada da oyunçularımın istəyini gördüm.

- Sanki daha çox oynamayan futbolçularla meydana çıxmışdınız. Buna səbəb kubokun finalında da rəqibinizin "Sabah" olması idi, yoxsa oyunçularınıza istirahət vermişdiniz?

- Heyəti tam dəyişmişdik. Əvvəlki onbirlik və bugünkü onbirlik tam fərqli idi. Son oyunlarda demək olar ki, heyəti dəyişməmişdim. Kubokun cavab görüşündə də oyunçularda yorğunluq olması hiss edilirdi. Amma bu oyunda da demək olar ki, heyətin hamısını "Araz-Naxçıvan"la matçda da meydana buraxmışdım. Onları qorumaq istədim. Yorğunluqdan sonra yenə yükləmə verəndə, futbolçuların bərpa çox gec olur. Belə hallar ilboyu dəfələrlə olub. 2-3 oyun bir heyət oynayır, onlara yaxşı istirahət vacib olur. Bu gün bundan istifadə etdik. Digər oyunçularımıza da əlavə təşəkkür edirəm. Çoxdandır oynamayanda 90 dəqiqəlik dinamikanı, məsuliyyəti qoruyub-saxlamaq çətindir. Amma bunu bacardılar. Hər çempionatda oyunlarımız olub ki, ikinci heyət kimi düşündüyümüz heyətin çempionluqda payı daha çox olub, nəinki digərlərinin.

- "Qarabağ"ın bu yay heyətdə köklü dəyişikliklər edəcəyi iddia olunur. Bu nə dərəcədə doğrudur?

- Köklü dəyişikliklər bir az ağır gəlir. Biz duruma uyğun addım atmaq istəyirik. Əgər bu dəqiqə futbolçuların hamısını dəyişim və deyim ki, 15-20 futbolçu məni orada gözləyir, çox çətindir. Hansı futbolçu ilə işləmişəm, onları göndərmək istəmirəm. Onların əziyyətini, can yandırmasını görürəm, hiss edirəm. Buna görə heç bir futbolçunu göndərmək istəmirəm. Baş məşqçi kimi hansısa futbolçu ilə yollarımızı ayırmaq mənə çətindir. Amma gedişata görə, bu addımı atmaq istəyirik. Komandaya yeni nəfəs vermək, daha da aktivləşdirmək, gücləndirmək üçün imkanımız, şansımız olsa, mütləq bu addımı atacağıq. Futbolçular göndəriləcək, ya yox bu barədə düşünmürük. Sadəcə komandamıza əlavə oyunçular götürmək istəyirik. Çünki kollektivimizdə həmişə 24-25 futbolçu olub. Bu gün tam 20 futbolçumuz var. Neçə futbolçumuz getdi, onların yeri hələ ki boş qalıb. Çalışacağıq ki, dəyişikliklər edək. Amma bu o demək deyil ki, qlobal dəyişikliklər olacaq. Gedişata görə belə addım gözlənilmir.

- "Sabah"ın oyunu barədə nə deyə bilərsiniz?

- "Sabah"ın oyunun həmişə dəyərləndirmişəm. Çox sürətli, texnikalı hücum xətti var. Təcrübəli yarımmüdafiə və müdafiə xəttinə sahibdirlər. Bu komandaya qarşı yaxşı oyun göstərmək üçün daha çox hazırlaşmalı və daha çox "Sabah"ı analiz etməliyik. Çünki çox düşünülmüş hücumları var. Diqqətsizlikdən qapımızda qol gördük. "Sabah"ın oyununa, oyun sisteminə, klubun iş prinsipinə çox pozitiv yanaşıram. Ancaq xoş sözlər deyə bilərəm.

- Klubun prezidenti bildirib ki, yayda 4-5 futbolçunun transferi gözlənilir. Sizin indidən gözaltı etdiyiniz oyunçular var?

- Hər mövsümün yekununda rəhbərliklə müzakirələrimiz olur. Qarşılıqlı təşəkkürlərimiz olur. İlboyu hər birimizin üzərinə düşən vəzifə var. Onu biz düzgün, layiqincə yerinə yetirsək, sonda birlik möhkəm olsa, nəticədə uğur da olur. Mütləq müzakirələrimiz olacaq. Bizim illər boyu diqqətimiz daha çox yay transfer pəncərəsinə olub ki, daha çox oyunçu dəvət edə bilərik. Olub ki, 4-5 oyunçu transfer etmək istəmişik, amma 2 futbolçu ilə tamamlamışıq. Çünki transfer o qədər də asan deyil. Gözaltı etdiyim futbolçular var. Amma əfsuslar olsun ki, onları bəzən əldə edə bilmirik. Son vaxtlar Avropaya daha çox meyillidirlər. Bizim kimi və ya bizdən bir az yuxarı futbol ölkələrində ümumi struktur daha yaxşılaşdırılıb, maliyyə cəhətdən də daha böyüyüblər. Ona görə də futbolçuları bura gətirmək heç də asan deyil. Amma hər bir halda həmişə demişəm ki, komandaya yeni nəfəs lazımdır. Daha da uğurlu nəticə əldə etmək istəyiriksə, daha çox çalışmalı, iş saatımızı çoxaltmalıyıq. Əgər alınsa, hər xətdə 2 oyunçu götürsək, bunların sayı 5-6 olacaq. Planımızda var. Xeyirlisi olsun.

- Fransa və Əlcəzair mətbuatının yazdığına inansaq, Kadi Borgesin gəlişindən sonra Yassin Benzia maaşınına artırılmasını istəyir. Digər tərəfdən, Marko Veşoviçin də gedəcəyi iddia edilir. Bu iki məsələ haqda fikriniz necədir?

- Bu haqda fikirlərimi bir az bildirdim. İstəyərəm ki, bu futbolçularla illər boyu birlikdə olaq. Çünki biz bir-birimizi daha yaxşı tanıyırıq, bir-birimizin tələbini daha yaxşı anlayırıq və yerinə yetirməyə çalışırıq. O ki qaldı pul söhbətinə, doğru-düzgün söhbət deyil. Narazılıq, ya hansısa futbolçu daha çox pul istəyir deyə, müqavilə imzalanılmır filan...Burada belə bir şey olmayıb. Sadəcə hər bir futbolçunun müəyyən yaş dövründən sonra onların son addımı olur. Ola bilər ki, daha yaxşı təklif gözləyirlər, daha yaxşı çempionatda oynamaq istəyirlər. Benzia və Veşoviçlə pul söhbətində heç bir narahatlığımız, narazılığımız olmayıb ki, mən bu qədər istəyirəm, mən vermirəm filan...Benzianın öz çəkisi var, Veşoviçin öz çəkisi. Kadi gəldi deyə, mən çox pul istəyim...Bunların hamısının özlərinə xas ədəb-ərkanları var. Özləri öz bacarığına görə danışıqlarda fikirlərini bildirirlər. Amma Kadi gəldi deyə, pulumu artırın filan, onlar heç bu cür etməzlər. Dediyim kimi, ədəb-ərkanları, əxlaqları olan insanlardır. Belə söhbət yoxdur. Sadəcə illər boyu olub ki, futbolçumuzla bir mövsüm elə danışığımız gedib. Futbolçunun özü üçün də qərar vermək asan deyil. Çünki onların o qədər məsləhət verənləri olur ki... Hansısa təkliflər olur, futbolçu da başlayır planlar qurmağa. Sonda da mən onları anlayaraq, sərbəst buraxıram və son gündə müqavilə bağlamaq lazım olsa belə, ona da razılaşıram. Çünki futbolçu ömrü, karyerası qısadır. Əgər onlar hansısa maliyyəyə baxmayaraq, burada çıxış edirlərsə, klubun uğuru üçün öz güclərini hər oyun sona kimi qoyurlarsa, mən də hansısa kompromisə getməliyəm. Hər birinin öz çəkisi var. Bəzi yazılar həqiqəti əks etdirmir.

- Çempionlar Liqasında hədəf nədən ibarət olacaq?

- Hələ ki fikir bildirə bilmərəm. Vaxt var. Amma biz hər turnirdə maksimum uğur əldə etməyə çalışmışıq. İstəklərimizi həyata keçirə biləcəyik, ya yox onu qarşıdakı turnirdə görünəcək. Hər il istəyirik ki, daha da yaxşı olaq. (sportal.az)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Futbol
Bu gün, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Minifutbol
Bu gün, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Futbol
Bu gün, 18:13

Arda Güler UEFA Çempionlar Liqasında AEK ilə oynayacaq "Real Madrid" heyətində yer almadı

Futbol
Bu gün, 18:00

II Liqa 9-cu tur: "Qaradağ Lökbatan" zirvədə, "Şirvan" ikinci pillədə

Futbol
Bu gün, 17:50

Rəvan Həmzəzadə VII tur I Liqa məclisində hakim olaraq iştirak edir

Futbol
Bu gün, 17:33

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümündə qrup rəqibləri açıqlanıb

Futbol
Bu gün, 17:33

Barselona Həmzə Əbdülkərim iki heyətə çağırıldı

Oxşar xəbərlər