1-ci Liqa təmsilçisi "Cəbrayıl" baş məşqçisi Bəxtiyar Soltanovla yollarını ayırıb.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, çempionata uğursuz başlayan bölgə təmsilçisinin son turda MOİK-ə böyük hesabla uduzması (1:4) rəhbərliyin "səbr kasası"nı daşırıb.
Gənc mütəxəssislə görüşən klub başbilənləri onunla vidalaşmaq zamanının çatdığını bildiriblər.
Soltanov bu yay komandanın sükanı arxasına gətirilmişdi.
Qeyd edək ki, 5 oyuna 3 xal toplayan "Cəbrayıl" hazırda turnir cədvəlinin 8-ci pilləsində mövqe tutub. Sözügedən komanda sonuncu - 10-cu yerdə qərarlaşan "Difai"dən cəmi 2 xal öndədir.