top
Bəxtiyar Musayev: Benfika ilə oyunda Nərimanın olmaması çətinlik yaradacaq Idman.biz
16 sentyabr 2025, 14:31
- ↺ +

Bəxtiyar Musayev: "Benfika" ilə oyunda Nərimanın olmaması çətinlik yaradacaq

"Çətin oyun olacaq".

İdman.biz xəbər verir ki, bunu Offsideplus.az saytına açıqlamasında AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəisi, veteran futbolçu Bəxtiyar Musayev deyib.

Vaxtilə "Qarabağ"ın formasını geyinən veteran futbolçu Azərbaycan çempionunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb: "Əvvəlcə, bizə Çempionlar Liqası həyəcanı yaşatdığına görə "Qarabağ"a təşəkkür edirəm. Çox çətin səfərdir. Bilirik ki, "Benfika" komandası ilə ev oyunlarında top komandalar belə əziyyət çəkirlər. Köklü klubdur. Ümid edirəm ki, "Qarabağ" bu gün layiqli mübarizə aparar, gözəl oyunu ilə bizi sevindirər. Çünki son vaxtlar komandamızın hətta rəqib meydanında belə parlaq çıxışını izləyirik".

Mütəxəssis "Qarabağ" azarkeşlərinin hücumçu transferi ilə bağlı narahatlığından da danışıb: "Komanda çoxdandır hücumçu axtarışında idi. Qurban müəllimin də dediyi kimi layiqli oyunçu istəyirdilər. Bilirik ki, "Qarabağ" heç vaxt transfer xətrinə transfer etmir. Bu dəfə istədikləri hücumçunu cəlb edə bilmədilər. Düşünürəm ki, Qurban müəllimin "B" planı da var. Yəqin ki, çıxış yolu kimi hər hansı taktiki gedişdən istifadə edəcək. Məlum məsələdir ki, komandada rəqabət güclü olanda məşqçi işi də asan olur.

Digər tərəfdən Nərimanın olmamağı da bu oyunda çətinlik yaradacaq. O, "Ferentsvaroş"la görüşdə yaxşı çıxış etmişdi. Ümid edirəm ki, hücumçu transferi ilə bağlı yaranmış əskikliyin bir həll yolu tapılar. Bizə yalnız uğurlar arzulamaq düşür. Komandamızdan layiqli, parlaq oyun gözləyirəm".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da Lissabondakı "Eştadiu da Luş" stadionunda start götürəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər