top
Bəxtiyar Musayev: AFFA-nın skaut şöbəsi istedadlı uşaqların üzə çıxarılması üçün çalışacaq Idman.biz
07 avqust 2025, 11:27
- ↺ +

Bəxtiyar Musayev: AFFA-nın skaut şöbəsi istedadlı uşaqların üzə çıxarılması üçün çalışacaq

AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunan Bəxtiyar Musayevin Sportinfo.az-a müsahibəsi

- Əksəriyyət futbolçu karyerasını bitirdikdən sonra baş məşqçi kimi çalışmağı hədəfləyir. Ancaq siz skaut fəaliyyətini üstün tutdunuz. Bu sahəyə maraq haradan yarandı?

- Bəli, doğru vurğuladınız. Əksər futbolçular kimi, mən də karyeramı bitirdikdən sonra dərhal məşqçlik kurslarına yazıldım, kateqoriya əldə etdim. Ardından təcrübəli mütəxəssis, ağsaqqalımız Ağasəlim Mircavadov məni "Xəzər Lənkəran"a dəvət etdi. "Xəzər Lənkəran"ın planlarına əsasən, Braziliyaya səfər olmalı idi. Gənc və istedadlı oyunçulara baxmaq və komandaya lazım olanları seçmək üçün həmin ərəfədə məni Braziliyaya göndərdilər. Elə oldu ki, həmin səfərdən sonra həm məşqçi, həm də seleksiyaçı kimi çalışmağa başladım. Məni bu işə layiq gördüyü üçün Ağasəlim müəllimə təşəkkür edirəm.

- Futbolçu dönəmində orta sahədə texnikası və meydanı görmə bacarığı ilə seçilən Bəxtiyar Musayev skaut kimi də "iti gözlü" olması ilə diqqət çəkir. Bunun sirri nədədir?

- İlk növbədə bu sahədə bacarıqlı mütəxəssis olduğumu dediyiniz, "iti gözlü" olmağım barəsində xoş fikirlər səsləndirdiyiniz üçün təşəkkür edirəm. Bilmirəm, bu xüsusi bir sahədir, ya yox. Burada nəyin əsas rol oynadığını sizə tam deyə bilməyəcəyəm. Bəlkə də, kiçik yaşlarımdan bəxtim gətirib ki, yaxşı məşqçilərin "əlinə düşmüşəm", onlarla çalışmışam və gənc vaxtı, cəmi 17 yaşımda "Neftçi"dən dəvət almışam. O vaxt Ruslan Abdullayevin dəvəti ilə SSRİ çempionatında "Neftçi"nin heyətində debüt etmişəm. Bəlkə gənc yaşlarımdan daha yaxşı məşqçilərlə çalışdığıma, onlardan futbolun sirlərini öyrəndiyimə görə məndə belə bir bacarıq əmələ gəlib. Düşünürəm ki, təhsilimin də olmasının bunda böyük rolu var. Daim futbolun içində olmuşam, çox baxmışam, özüm də pleymeyker mövqeyində çıxış etmişəm. Bütün bu amillərin müəyyən rolu var. "10 nömrə" oynamaq beyin işidir, orta sahədə oynamaq üçün həm topla rəftar, həm daha iti düşüncəli olmalısan. Bu, işimdə həmişə mənə faydalı olub, kömək edib.

- "Qarabağ" başda olmaqla bəzi klublara oyunçu seçimində kömək edirdiniz. Azərbaycana gəlməsində vasitəçilik etdiyiniz bir neçə oyunçunun adını deyə bilərsiniz?

- Bir çox komandalarda çalışmışam - "Xəzər Lənkəran", "Neftçi"... Şükürlər olsun ki, bu günə kimi gətirdiyimiz oyunçuların komandalarına böyük faydaları oldu. "Xəzər Lənkəran"da Dieqo, Mario Souza, "Neftçi"də Flavinyo, Erik Ramos, Nikolas Kanales, Rodriginyo... Bu futbolçuların seçimi mənə həvalə olunmuşdu. Sevinirəm ki, onlar "Neftçi"də uğurlu oldular, komandanın ilk dəfə avrokuboklarda qrup mərhələsinə yüksəlməsində rol oynadılar.

- İndi də gələk yeni təyinatınıza. AFFA-da Skautlar şöbəsinin rəisi vəzifəsinə gəlməyiniz necə reallaşdı?

- Bu yaxınlarda AFFA-nın baş katibi Cahangir Fərəcullayev məni dəvət edərək bu vəzifədə çalışmağımı təklif etdi. Əlbəttə ki, təklifi qəbul etdim. Belə məsuliyyətli işə məni layiq gördüyü üçün Cahangir müəllimə təşəkkürümü bildirirəm. Daha əvvəl klublara az-çox töhfəm olub. Amma bura artıq milli komandadır, burada ikiqat məsuliyyətlə çalışacağam. AFFA rəhbərliyinin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

- Görünür, AFFA rəhbərliyi milli komandalara oyunçu seçimi üçün bacarığınıza arxalanır. Söhbət zamanı nələr müzakirə olundu, sizdən gözləntilər nələrdir?

- Bəli, müzakirə olunan əsas məsələlərdən biri ölkə xaricində oynayan həmyerlilərimizi və bölgələrimizdə olan istedadlı uşaqları tapıb üzə çıxarmaq, onları milli komandalarımıza məsləhət görməkdir. Hər kəs futbolun inkişafının uşaq futbolundan başladığı məsələsində həmfikirdir. Biz də istedadlı uşaqların diqqətdən kənarda qalmaması üçün çalışacağıq. Bu məsələnin üzərində xüsusi dayanacağıq.

- Rəhbərlik etdiyiniz Skautlar şöbəsinin hədəfləri nələr olacaq?

- Əsas hədəfimiz gözdən kənarda qalan bacarıqlı futbolçuları üzə çıxarmaq, milli komandalarımızın məşqçilərinə tövsiyə etməkdir. Həmçinin onların məşq prosesləri, məşqdən kənarda nə etməli olduqları barədə də məsləhətlərimizi verəcəyik. İstedadlı futbolçuları kəşf etdikdən sonra onların inkişafı üçün əlimizdən gələni etməliyik. Özümüz də futbolçu olduğumuz üçün nəyin doğru, nəyin yanlış olduğunu bilirik. Bunları həmin uşaqlara başa salmalıyıq. Onların inkişaf etmələrində və milli səviyyəsinə yüksəlmələrində rolumuzun olmasını istəyirik.

- Bu yay bir neçə azərbaycanlı futbolçuya ölkə xaricindən təkliflər gəldi, bəziləri legioner həyatı yaşamağı qərara aldı. Daha çox oyunçumuzun xaricə yollanması milli komandamıza gələcəkdə nə kimi fayda verər?

- Bildiyiniz kimi, yeni mövsümdən bir neçə futbolçumuz ölkə xaricində çıxış edəcək. Bəziləri isə ilk dəfə legioner həyatı yaşayacaq. Azərbaycanlı futbolçuların Top-5 ölkələrdən təkliflər almalarını istərdik. Nə qədər çox futbolçumuz güclü liqalarda çıxış etsə, millimiz daha uğurlu nəticələr əldə edər. Ümid edirəm ki, ölkə xaricindəki legionerlərimizin sayı ildən-ilə artar. Hər kəs milli komandamızın uğuru üçün çalışır. Fəxr edirəm edirəm ki, mən də millimizin formasını geyinmişəm. Futbolçularımızın legioner həyatı yaşamaları, daha güclü liqalarda oynamaları millimizə birbaşa müsbət təsir edər.

- Futbolçularımızın legioner həyatı yaşamaları üçün müraciət olarsa, ölkə xaricindəki əlaqələrinizi işə salarsınız?

- Futbolçu karyeramı bitirdikdən sonra da bu sahədə fəaliyyətimi davam etdirirəm. Dünyanın hər tərəfindən tanıdığım, güvəndiyim futbol funksionerləri var. Müraciət edən klublara kömək etməyə hazıram. Həmçinin əlaqələrimiz sayəsində futbolçularımızın daha güclü çempionatlarda çıxış etmələri üçün köməklik göstərməyə hazırıq. Təki futbolçularımız bacarıqlı olduqlarını meydandakı oyunları ilə göstərə bilsinlər. Bizdə keyfiyyətli futbolçular var. Xarici ölkələrdə olan funksioner dostlarımız vasitəsilə oyunçularımızın legioner həyatı yaşamalarına yardımçı olmaq bizim üçün qürur hissi olar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Oxşar xəbərlər