top
Bəxtiyar Həsənalızadə: Rəqiblər güclənsə də, Ağdam təmsilçisi istənilən halda... Sport24.az
04 avqust 2024, 15:21
- ↺ +

Bəxtiyar Həsənalızadə: "Rəqiblər güclənsə də, Ağdam təmsilçisi istənilən halda..."

Mövsümlərarası fasilədə "Araz-Naxçıvan"la müqavilə bağlayan Bəxtiyar Həsənalızadə "Qarabağ"la matçdan sonra Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. Ötən mövsüm Türkiyədə legioner həyatı yaşayan təxrübəli müdafiəçi həm komandasının durumundan danışıb, həm də yeni mövsümlə bağlı şansları dəyərləndirib.

 

- Mövsümün ilk oyununda "Qarabağ"a yenildiz. Böyükhesablı məğlubiyyətin səbəbini bilmək istərdik...
- Mövsümün ilk oyunu həmişə çətin olur. Bundan başqa rəqibimizdə sıradan bir komanda yox, Avropa səviyyəli "Qarabağ"dı. Həmçinin ağdamlılar bizdə əvvəl toplanışa başlayıb, Çempionlar Liqasında iki matç keçirib. Belə hazırlıqlı və heyətində yüksək səviyyətli oyunçuları olan kluba qarşı oynamaq olduqca çətindi. Kollektivimizdə hələ bütün oyunçular bir-birinə öyrəşməyib. Amma bu məğlubiyyətdən dərs çıxarıb qarşıdakı turlarda daha yaxşı çıxış edəcəyik.

 

- 9 dəqiqəyə qapınızda iki qol gördüz. Bu müdafiənin zəif olmasından irəli gəlir, yoxsa...
- Qeyd etdiyim kimi "Qarabağ"ın gücü, səviyyəsi hamıya məlumdu. Rəqibin ilk dəqiqələrdən güclü təzyiqi nəticəsində səhvlərə yol verdik və ardıcıl qollar buraxdıq. Belə bir komandayla görüşdə 2 top fərq ilə geri düşürsənsə, geridönüş etmək çox çətindi. Buna baxmayaraq, bacardığımız qədər mübarizə apardıq, hücumlar təşkil etdik, qol vurduq. Bu yalnız təsəlli qolu yox, həm də qarşıdakı oyunlara motivasiya deməkdi.

 

- Erkən qollar olmasaydı, fərqli nəticə qeydə alına bilərdi?  
- Fikrimcə, rəqibin hücumlarını qarşısını alıb ilk 15-20 dəqiqə dözsək pis olmazdı. Əlbəttə, fasiləyə qədər qapımızda qol görməsəydik, xal götürmək şansımız olar. Amma bu oyub artıq bitib. Geriyə yox, irəli baxmaq lazımdı.

 

- Öz oyunun barədə hansı fikirdəsən?  
- Təbii ki, ürəkaçan deyil. Özüm də daxil, bütün kollektiv hələ tam istədiyimiz formada deyil. Hər birimiz məsuliyyəti anlayıb, üzərimizdə daha çox çalışmalıyıq.

 

- "Sabah"ın formasını geyindin, sonra Türkiyədə legioner həyatı yaşadın, hazırda isə "Araz-Naxçıvan"dasan. Karyerandakı bu cür yerdəyişmələri necə dəyərləndirərdin?
- Ümumi götürəndə "Sabah"da karyeram uğurlu alındı. Türkiyədə də pis olmadı. Düşünürəm ki, "Araz-Naxçıvan"da da karyeram istədiyim kimi alınacaq. Sadəcə, bir qədər vaxta ehtiyac var.


- Sabiq klubun "Sabah" Konfrans Liqasında "Makkabi"ni penaltilər seriyasında üstələdi. Belə deyək, bir qədər də bəxti gətirdi. Sən necə düşünürsən?  

- Bəxt sayəsində mərhələni adladı deməzdim. Istənilən sahədə, o cümlədən futbolda əziyyət çəkirsənsə bəhrəsini görürsən. İlk oyunda "bayquşlar" səfərdə üstün oynayıb layiqli qələbə qazandı. Mərhələ keçmək "Sabah"ın haqqı idi. Sadəcə, "Sabah" bunu çətinliklə əldə etdi.

- Necə düşünürsən, bu mövsüm "Sabah" ilə "Neftçi" "Qarabağ"ı büdrədə biləcək?
- "Sabah" yaxşı formadadı. "Neftçi"də isə yeni baş məşqçi və təzə oyunçular gəlib. Hər iki komandanın potensialı var. Rəqiblər güclənsə də, Ağdam təmsilçisi istənilən halda çempionatın favoritidi.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Aston Villa 19 yaşlı yarımmüdafiəçisini beş illik müqavilə ilə bağladı

Basketbol
Bu gün, 09:31

Neftçi Yunanistanın 'Mikonos' klubu ilə FIBA Avropa Kubokunda görüşəcək

Futbol
Bu gün, 09:20

Fransa klubu Yannik Kaüzakı işdən çıxarır

Basketbol
Bu gün, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Oxşar xəbərlər