top
Bəxtiyar Həsənalızadə: Hələ zamanı deyil - MÜSAHİBƏ İdman.biz
25 noyabr 2024, 16:11
- ↺ +

Bəxtiyar Həsənalızadə: "Hələ zamanı deyil" - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadənin Sportal.az saytına müsahibəsi

- "Araz-Naxçıvan" "Kəpəz"lə görüşdə qələbə qazanmağı bacardı. Həmin görüşdə komandanın qələbəsini necə şərh edərdin?
- Çətin rəqibə qarşı oyun keçirdik. "Kəpəz"in oyununda dəyişiklər çoxdur. Komanda olaraq çox inkişaf ediblər. İlk oyunla bu matç tamam fərqlənirdi. Şükür Allaha, biz istədiyimiz nəticəni əldə etdik. Lazım olan da bu idi.

- "Araz-Naxçıvan" uğurlu çıxışını davam etdirir. Komandanın bu mövsümkü uğurlu çıxışının əsas sirri nədədir?
- Hansısa sirr yoxdur. Sadəcə oyunlara ciddi hazırlaşmağa çalışırıq. Uğurlu nəticə üçün meydançada əlimizdən gələni edirik. Bu da nəticə verir.

- Maraqlıdır, "Araz-Naxçıvan" mövsümə başlayanda bu cür nəticələr ola biləcəyini ehtimal edirdiniz? Yığılan heyətə baxanda, nəticələrin uğurlu olacağına inanırdın?
- Mövsümün əvvəli komandanın yaxşı nəticə verəcəyinə inanırdım. Etiraf edim ki, düşündüyümdən də yaxşı oldu. Bunu qoruyub-saxlamaq olduqca çətindir. Ancaq komanda olaraq bunun üçün çalışırıq.

- "Araz-Naxçıvan" bu mövsüm yeganə məğlubiyyətini "Qarabağ"la oyunda alıb. Lakin həmin məğlubiyyət komandaya çox da pis təsir etmədi, uğurlu seriyaya başladınız...
- İlk oyunda istəmədiyimiz məğlubiyyət aldıq. Ancaq rəqibin gücü də bəlli idi. Ona görə də böyüdüləsi bir şey yox idi. Qarşıdakı matçlara kökləndik ki, nəticələrimizi düzəldək. Belə də, oldu. "Qarabağ"la oyunlarımız da var. Rəqibin kimliyi istər-istəməz oyuna köklənməyə təsir edir. "Qarabağ"a adi vaxtda necə hazırlaşırıqsa, elə də hazırlaşacağıq. Hələ ki, ondan öncə oyunlarımız var. Həmin matçlara köklənəcəyik.

- Növbəti turda "Turan Tovuz"la qarşılaşacaqsız. Bu mövsümün iki iddialıya çevrilən komanadası var : biri sizsiz, digəri "Turan Tovuz". Həmin görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən?
- "Turan Tovuz" özünəməxsus oyun sxeması var. Onlara qarşı oynamaq həmişə çətin olur. Bu oyunun da çətin keçəcəyinə əminəm. Maraqlı matç olacaq. Qələbə qazanmağa çalışacağıq.

- "Araz-Naxçıvan"ın mövsümü də ikinci pillədə, avrokuboklara yer verən pillədə bitirməsi realdır? Səncə, çempion ola bilərsiz, yoxsa düşünürsüz ki, "Qarabağ" buna imkan verməz?
- İkinci pillə və yaxud avrokuboklar haqda danışmağın zamanı deyil. O ki, qalmışdı çempionluq haqda danışaq. Hələ ki, çempionatın heç yarısı da deyil. Görüləsi işimiz çoxdur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Oxşar xəbərlər