top
Bəxtiyar Həsənalızadə legioner limiti və Konfrans Liqası barədə danışdı Sport24.az
20 iyun 2025, 12:00
- +

Bəxtiyar Həsənalızadə legioner limiti və Konfrans Liqası barədə danışdı

"Araz-Naxçıvan"ın futbolçusu Bəxtiyar Həsənəlizadə Sport24.az-a müsahibə verib.

- Konfrans Liqasına hazırlıq necə gedir?
- Hazırlıqlarımız yaxşı keçir. Hələ ki, çox yükləmələr yoxdur. Yavaş-yavaş məşqlərin tempi artacaq.

- Konfrans Liqasında rəqibiniz "Aris" oldu. Rəqib haqda nə düşünürsüz? Mərhələ keçmək şansınız var? 
- "Aris" haqda ətraflı məlumatım yoxdur. Adı ilə tanıyıram ki, Yunanıstanın məşhur komandalarındandır. Vaxtımız var. Yəqin ki, qarşıdakı günlərdə məşqçilər korpusu rəqib barədə bizə ətraflı məlumat verəcək. İndiki halda yalnız onu deyə bilərəm ki, mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik.

- "Araz-Naxçıvan"ın Konfrans Liqasında hədəfi nə olacaq?
- Təbii ki, çalışacağıq ki, turnirdə maksimum irəli gedək. Bunu nə qədər bacaracağımızı isə zaman göstərəcək. 

- Növbəti mövsümdən legioner limiti olmayacaq. Necə düşünürsən, bu qərar yerli futbolçulara nə dərəcədə təsir edəcək?
- Limitin ləğv olunması yığmamıza təsirsiz ötüşməyəcək. Bu gedişlə milliyə ehtiyatda qalan futbolçular çağırılacaq. Heç bir halda limitin ləğv olunmasına müsbət yanaşmıram. Yenə də zamana buraxmaq lazımdır.

- Bəzilərin fikrincə, son illərdə Premyer Liqanın səviyyəsi artıb. Əksini söyləyənlər də var. Bu məsələdə sənin də fikirlərini bilmək maraqlı olardı...
- Əgər 5 il əvvəlki ilə müqayisə etsək, yüksəlişin olduğunu danmaq olmaz. Çempionatımızı yaxından izləyən hər kəs bunu görə bilər. Bu mövsümün necə olacağı isə komandaların gətirəcəyi legionerlərin səviyyəsindən asılıdır.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:40

Qadınlardan ibarət milli futbol komandası Füzuli və Şuşaya səfər edib

Futbol
Bu gün, 11:35

"Latsio", "İnter" və "Yuventus" yoxlama oyunlarında üstün oldular

Futbol
Bu gün, 11:13

"Brayton" - "Fulhem" matçında 72 yaşlı azarkeş vəfat edib

Futbol
Bu gün, 11:04

Qadın futbol millimizdən Füzuli və Şuşaya səfər: Məktəblilərlə görüş və simvolik məşq - FOTO

Futbol
Bu gün, 11:00

Filip Ozobiçin Azərbaycan çempionatlarında 200-cü matçı

Futbol
Bu gün, 10:38

Mahir Emrelinin "Kayzerslautern"i Almaniya Kubokunda mübarizəyə başlayır

Futbol
Bu gün, 10:30

"Brayton" Karlos Balebanı "Mançester Yunayted"ə satmaqdan imtina etdi

Boks
Bu gün, 10:10

Həmzət Çimayev Drikus du Plessini məğlub edərək UFC çempionu oldu

Futbol
Bu gün, 10:05

Azərbaycan qadınlardan ibarət milli komandası Füzuli və Şuşaya səfər edib

Futbol
Bu gün, 10:03

Məhəmməd Salah Premyer Liqanın ilk turunda qollar üzrə rekorda imza atdı

Futbol
Bu gün, 10:00

"Kristal Pelas" Bilal El Hanusun transferini yekunlaşdırmaq üzrədir

Güləş
Bu gün, 09:45

Azərbaycan Güləşçiləri U-20 Dünya Çempionatında Mübarizəyə Başlayır

Futbol
Bu gün, 09:34

Misli Premyer Liqası I Tur: "Sumqayıt" - "Kəpəz" Oyunu Bu Gün

Futbol
Bu gün, 09:30

"Fənərbaxça" "Real"a Luninin transferi üçün Livakoviçi təklif edib

Futbol
Bu gün, 09:18

"Bavariya" Harri Keyn ilə Superkuboku qazandı, Tomas Müllersiz ilk uğur

Futbol
Bu gün, 09:05

"Sumqayıt" - "Kəpəz" oyunu bu gün keçiriləcək

Futbol
Bu gün, 08:30

Ceremi Monqa Çempionşipdə rekord qıraraq tarixə düşüb

Futbol
Bu gün, 05:36

Qvardiola "Mançester Siti"də heyətin çoxluğundan narazılığını dilə gətirib

Futbol
Bu gün, 01:39

"Ferentsvaroş" "Qarabağ" matçı öncəsi "Puşkaş Akademiya"sına uduzdu

Futbol
Bu gün, 01:36

"Ferentsvaroş" "Puşkaş Akademiyası"na uduzdu, "Qarabağ"la oyuna hazırlaşır

Futbol
Bu gün, 01:21

"Lion" və "Monako" Fransa Liqa 1-ə qələbə ilə başladı

Futbol
Bu gün, 01:12

"Bavariya" Almaniya Superkubokunu qazandı

Futbol
Bu gün, 00:57

"Bavariya" Almaniya Superkubokunun qalibi oldu: Keyn və Diasdan qollar

Futbol
Bu gün, 00:55

La Liqada "Barselona" səfərdə qələbə qazandı, "Valensiya" heç-heçə etdi

Oxşar xəbərlər