top
Bəxtiyar Həsənalızadə: “Çalışacam ki, milliyə yenidən çağırılım” – MÜSAHİBƏ İdman.biz
19 sentyabr 2024, 12:10
- +

Bəxtiyar Həsənalızadə: “Çalışacam ki, milliyə yenidən çağırılım” – MÜSAHİBƏ

"Araz-Naxçıvan"nın futbolçusu Bəxtiyar Həsənalızadənin İdman.biz saytına müsahibəsi

- Bir il Türkiyə karyerandan sonra ölkəmizə qayıtdın. "Araz-Naxçıvan"da çıxışını necə dəyərləndirirsən?

- "Araz-Naxçıvan"da çıxışımı normal dəyərləndirirəm. Tam olaraq qiymət vermək üçün hələ tezdir. Cəmi 6 oyun keçirmişəm. Qarşıdakı turlarda daha yaxşı olmağa çalışacağam.

- Yenidən Misli Premyer Liqasına alışmaq çətin olmadı?

- Türkiyədən qayıtdıqdan sonra heç bir çətinlik çəkmədim. Çünki öz vətənimə qayıtmışam. Bu komandaya gəlməmişdən əvvəl bir çox futbolçularla əvvəlcədən tanışlığım var idi. Ona görə də adaptasiyam rahat keçdi.

- "Tuzlaspor"da oynadığın zaman milliyə də dəvət aldın. Naxçıvan klubunda performansın səncə, yenidən yığmaya dəvət olunmağına yetəcək?

- Təbii ki, milliyə dəvət almaq əsas istəklərimdəndir. Komandadakı çıxışlarımı düzəltməyə çalışacam ki, milliyə yenidən çağırılım.

- Söhbəti Türkiyə ilə davam etdirək. Səncə, bizim futbolçularımızın ordakı çıxışı niyə uğursuz alınır?

- Mən deməzdim ki, uğursuz çıxış edirlər. Vüsal İsgəndərli "Boluspor"da oynayır. Hər halda yaxşı olmasaydı, saxlamazdılar. Coşqun Diniyev bir çox oyunda iştirak edib, milliyə çağırılıb. Bu il də digər yaxşı komanda olan "Bandırmaspor"a keçib. Ola bilsin, onların bəzi, ayrı-ayrı oyunları uğursuz alınsın. Amma ümumilikdə onların çıxışı uğursuz deyil.

- Son olaraq Misli Premyer Liqasında VII turunda "Turan-Tovuz" səfərinə yollanacaqsız. Bu matçdan gözləntiniz nədir?

-"Turan Tovuz" yaxşı komandadır. Onların nəticələri göz qabağındadır. Çətin oyun olacağını gözləyirik. Bütün gücümüzlə hazırlaşırıq ki, yaxşı nəticə qazanaq, azarkeşlərimizi sevindirək.

Emin Ağa
İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

"Santos" Neymarı Mundiala Hazırlamaq Üçün Strategiya Qurur

Futbol
Bu gün, 09:38

Bu gün Çempionlar Liqasında 1/4 final oyunlarına start verilir: "Real" - "Bavariya", "Sportinq" - "Arsenal"

Futbol
Bu gün, 09:34

"Araz-Naxçıvan" - "Sabah" oyunu: Matç öncəsi məlumatlar

Futbol
Bu gün, 09:24

"Zirə" - "Şamaxı" oyunu bu gün: Premyer Liqanın 26-cı tur qarşılaşması

Futbol
Bu gün, 09:23

Lamin Yamalın müqaviləsində "Qızıl top" bonusu: Maaşı 10 milyon avroya qədər arta bilər

Futbol
Bu gün, 09:20

"Araz-Naxçıvan" - "Sabah" Matçı Mərdəkanda Keçiriləcək

Futbol
Bu gün, 09:18

"İmişli" - "Turan Tovuz" oyunu bu gün baş tutacaq

Futbol
Bu gün, 09:10

Dieqo Tristan "Kordoba B"-nin baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 09:08

Konate "Liverpul"la yeni müqaviləyə yaxındır

Futbol
Bu gün, 09:00

"Zirə" - "Şamaxı" qarşılaşması: Qartallar şirlərə qarşı

Futbol
Bu gün, 08:40

"Liverpul" və "Çelsi" Yann Diomande üçün mübarizəyə qoşulub

Futbol
Bu gün, 08:20

"İmişli" - "Turan Tovuz" oyunu: Misli Premyer Liqasında XXVI tur

Futbol
Bu gün, 08:10

"Mançester Siti" Qvardiola getməsi halında Kompani və Naqelsmanı nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

"Çelsi" Valentin Barko ilə 6 illik müqavilə şərtlərində razılığa gəlib

Boks
Bu gün, 07:11

Azamat Murzakanov Paulo Kostanı öldürməklə hədələyib

Futbol
Bu gün, 06:14

Saka və Timber zədə səbəbindən "Sportinq" ilə oyunu buraxacaqlar

Futbol
Bu gün, 05:17

Yamalın "Atletiko" oyununda Flikin köməkçisinə reaksiyası: Qəzəbin səbəbi açıqlandı

Futbol
Bu gün, 04:12

"Atletiko Madrid" yenidən La Liqada hakimlikdən narazıdır

Futbol
Bu gün, 03:05

Zədəli Rafinya "Atletiko Madrid"lə oyunda komandasına dəstək olacaq

Futbol
Bu gün, 02:08

Lotar Matteus Vinisiusun Daimi Təxribatlarına Toxunub

Futbol
Bu gün, 01:43

Əliyar Ağayev və Cavid Cəlilov "Turan Tovuz" - "Zirə" oyunundakı qərarlarına görə oyunlardan kənarlaşdırılıb

Futbol
Bu gün, 01:26

Kompani: "Real"la oyunda nəticə detallardan asılı olacaq

Futbol
Bu gün, 01:18

"Milan" "Napoli" səfərindən xalsız qayıdır

Futbol
Bu gün, 01:11

Kompani: "Real"la oyunda nəticə detallardan asılıdır

Oxşar xəbərlər