"Beşiktaş" "Benfika"nın yarımmüdafiəçisi Orkun Kökçünü transfer etmək üçün səylərini davam etdirir. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi Portuqaliya klubu ilə rəsmi danışıqlara başlayıb.
Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Beşiktaş" türkiyəli futbolçu üçün onun klubuna 5 milyon avro icarə haqqı, 20 milyon avroluq məcburi satınalma bəndi və növbəti satışdan 15 faiz pay təklif edib. Qarşı tərəf isə 24 yaşlı oyunçu üçün 5+30 milyon avro tələb edir.
Qeyd edək ki, Orkun Kökçü ötən mövsüm "Benfika"nın heyətində meydana çıxdığı 55 rəsmi matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Lissabon təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.