ngiltərənin "Fulhem" və Türkiyənin "Beşiktaş" klubları "İnter"in iranlı hücumçusu Mehdi Tareminin xidmətində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Əkrəm Konur məlumat yayıb.
Mənbənin sözlərinə görə, artıq hər iki klub transferlə bağlı "İnter"lə danışıqlara başlayıb. Qeyd olunur ki, uğurlu olmayan mövsümdən sonra "neradzurri" rəhbərliyi hücumçu ilə yolları ayırmağı planlaşdırır.
Qeyd edək ki, 32 yaşlı Taremi 2024/2025 mövsümündə A Seriyasında "İnter"in heyətində 26 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.