"Bernli" Çempionşip tarixində ardıcıl 10 matçı məğlubiyyətsiz və qol buraxmadan başa vuran ilk komanda oldu. Sport24.az xəbər verir ki, "qırmızılar" 5 qələbə, 5 heç-heçə ilə buna nail olublar.
"Bernli" sonuncu dəfə ötən ilin dekabrında, "Uotford"la matçda (2:1) qol buraxıb.
Qeyd edək ki, şəhərin eyniadlı təmsilçisi cari mövsümdə 17 qələbə, 13 heç-heçə və 2 məğlubiyyətlə turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.