"Mançester Siti"nin 31 yaşlı portuqaliyalı yarımmüdafiəçisi Bernardo Silva Çempionlar Liqasında 100-cü oyununa çıxıb.
İdman.Biz "City Xtra"ya istinadən xəbər verir ki, bu, 4-cü turun "Borussiya Dortmund"la oyununda baş verib
Silva Kriştiano Ronaldo, Pepe və Luiş Fiqodan sonra bu mərhələyə çatan dördüncü portuqaliyalı oyunçu olub.
UEFA-nın aparıcı klub turnirindəki matçlarda Silva 17 qol vurub və 13 məhsuldar ötürmə edib.
Futbolçu 2017-ci ilin yayında Monakodan 40 milyon avroya "Mançester Siti"yə keçib. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 32 milyon avrodur.