Türkiyə millisinin qapıçısı Berke Özer öz istəyi ilə komandanın düşərgəsindən ayrılıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Fransanın "Lill" klubuna məxsus olan qolkiper Bolqarıstana qalib gəldikləri (6:1) DÇ-2026-nın seçmə mərhələsinin oyununda adı iştirak ərizəsinə salınmadığı üçün bu addımı atıb.
Onun əvəzinə yığmaya "Başakşehir" komandasından Məhəmməd Şengezer çağırılıb.
Qeyd edək ki, Türkiyə millisi oktyabrın 14-də Gürcüstanla üz-üzə gələcək.