"Sabah" yeni baş məşqçisi Vasili Berezutskinin rəhbərliyi altında ilk oyununa bu gün çıxacaq.
İdman.biz xəbər verir ki, rusiyalı mütəxəssis "Səbail"lə görüşün "11-liy"ini müəyyənləşdirib.
Heyətdə bəzi dəyişikliklər diqqət çəkir. Onlardan biri kapitanla bağlıdır. Berezutski bugünkü matçda yeni kapitana ehtiyac duyub. Meydana sarğı ilə Pavol Şafranko çıxacaq.
Qeyd edək ki, əvvəlki görüşlərdə kapitan olan Elvin Camalov start "11-liy"indən kənar qalıb.
İdman.biz