"Turan Tovuz"da Kurban Berdıyevin təyinatından sonra rusiyalı mütəxəssisin daha bir köməkçisinin adına aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, "Cəbrayıl"ı 1-ci Liqaya yüksəldən Cavid Hüseynovdu.
Dünən klubun düşərgəsinə təşrif buyuran gənc mütəxəssisin Berdıyevlə təkbətək görüşü olub. Artıq bu həftə Hüseynov rəsmən ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Tovuz təmsilçisi növbəti mövsümün hazırlığına Bakı Olimpiya Stadionda start verib.