"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev istefa verib.
İdman.biz Rusiyanın legalbet.ru saytına istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssis klubdan ayrılmağa qərar verib.
Buna rusiyalı baş məşqçi ilə klub rəhbərliyi arasında münaqişələr səbəb olub. Berdıyev bu üzdən 2024-cü ilin iyunundan çalışdırdığı komandadan getməyə üstünlük verib.
Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasının 14 turundan sonra 3-cü pillədə qərarlaşıb.
İdman.biz