top
Berdayevin “Turan Tovuz”u da yarı yolda qoyacağını düşünməmək mümkündürmü? İdman.biz
25 noyabr 2024, 18:12
- ↺ +

Berdayevin “Turan Tovuz”u da yarı yolda qoyacağını düşünməmək mümkündürmü?

Kurban Berdıyevin "Turan"dan mümkün istefası ilə bağlı söz-söhbətlər 72 yaşlı məşqçinin əvvəlki klublarından necə və hansı səbəblərdən getməsini xatırlatmağı zəruri edir.

İdman.biz xəbər verir ki, "Rubin"də 12 ildən çox çəkən (2001-2013) uğurlu karyerasından sonra türkmən-rusiyalı mütəxəssisin çalışdığı klublardan gedişi problemli olub.

Berdayev 2016-cı ildə "Rostov"u tarixində ilk dəfə Rusiya çempionatının gümüş mükafatçısı edib Çempionlar Liqasına vəsiqə qazandırdıqdan sonra istefa vermiş və bunu klubun məşqçilərə, oyunçulara və komanda heyətinə olan maaş borcu ilə izah etmişdi. Həmçinin onun gedişinə səbəb kimi komandanın gücləndirilməsi ilə bağlı Rostov vilayətinin rəhbərliyi ilə fikir ayrılıqları və klubun sponsorlarından biri, iş adamı İvan Savvidi ilə münaqişəsi də göstərilmişdi.

"Rubin"ə ikinci qayıdışı cəmi iki il davam etmiş, 2019-cu ilin iyununda klubla müqaviləsi bitməmiş vəzifəsindən azad edilmişdi. İldə 3 milyon avro maaş alan məşqçinin komandasının nəticələri və göstərdiyi oyun klub rəhbərliyinin ürəyincə deyildi. Berdıyevlə "Rubin" iki mövsümdə Rusiya çempionatında əvvəlcə 10-cu, sonra da 11-ci yeri tutmuşdu.

Sonra məşqçi karyerasına iki il müddətinə fasilə vermiş, nəhayət, 2021-ci ilin avqustunda vaxtilə futbolçu kimi çıxış etdiyi və çalışdırdığı "Kayrat"a qayıtmışdı. Berdıyevin komandasının Konfrans Liqasının qrupunda hər iki oyunda "Qarabağ"a eyni – 1:2 hesabı ilə uduzması da yaxşı yadımızdadır.
2022-ci ilin mayında Almatı təmsilçisinin fan-klubu Berdıyevi komandaya hücum futbolu oynatdırmağa və ya istefaya getməyə çağırmışdı. Nəhayət, iyunda məşqçi müqaviləsinin müddətinin bitməsinə altı ay qalmış maliyyə problemləri yaşayan Qazaxıstan klubundan ayrılmışdı.

Elə həmin ay İran çempionatında çıxış edən "Traktor"da işə başlayan Berdıyev Təbriz klubunda cəmi 11 oyun tab gətirdi. Gözlənilmədən 2022-ci il noyabrında daha sərfəli təklif aldığı Rusiyaya qayıtmaq qərarına gəldi. Cənubi Azərbaycan təmsilçisinin azarkeşləri məşqçinin gözlənilməz gedişinə belə reaksiyalar vermişdilər:
"Məgər o, peşəkar məşqçi deyil? Klubumuz strategiya seçimini ona həvalə edib, futbolçular alıb. İndi isə o, gedir - ürəyimiz qırılıb. Bu, "Traktor" və onun hər gün stress keçirən azarkeşlərinə qarşı son dərəcə qeyri-peşəkar və sərt davranışdır".
"İran çempionatında peşəkarlıq və inkişaf yoxdur. Öz planına uyğun qurduğun komandadan mövsümün qızğın vaxtında ayrılırsan. Müqavilələri elə tərtib etmək lazımdır ki, məşqçi 15 təklif olsa belə, getmək barədə düşünməsin".
"Ona çatdırın ki, azarkeşlərimizə hörmət etmir, heç olmasa komandaya gətirilən əcnəbiləri özü ilə aparmasın".

Həmin ilin sonunda iki il yarım müddətinə "Soçi"nin baş məşqçisi təyin olunan Berdıyev orada üç ay yarım qala bildi: 2023-cü ilin aprelindən klubdan getməli oldu. Ehtimala görə, məşqçi komanda ilə bundan artığını edə bilməyəcəyini anlayaraq "işgəncəni uzatmamaq" qərarına gəldi. Ayrılmanın başqa bir versiyası rəhbərliklə münaqişə idi. Belə ki, Berdıyevin komandasının göstərdiyi nəticələr və oyun tərzi klub rəhbərliyini qane etmirdi.

Berdayev 2023/24 mövsümünə Mahaçqala "Dinamo"sunda başlasa da, qış fasiləsində Birinci liqada lider olan klubu gözlənilmədən tərk etdi. Deyilənə görə, kluba yatırılan sərmayənin səviyyəsi qocaman məşqçini qane etmirdi. Belə ki, güclü futbolçularla müqavilə bağlamaq üçün kifayət qədər büdcə olmayıb. Başqa ehtimala görə, klub prezidenti, özü də böyük məşqçilik təcrübəsinə malik Hacı Hacıyevin vaxtaşırı məşq prosesinə müdaxiləsi Berdıyevin xoşuna gəlmirdi.
Hacıyev özü bununla bağlı belə demişdi: "Hansı ehtimallar var? Bəlkə Berdıyevə başqa səviyyədə komanda lazımdır. Bəlkə onun istədiyi oyunçuların hamısını dəvət edə bilməmişik. Amma bu, sadəcə bizim fərziyyələrdir".

Həmçinin səbəb kimi Berdıyevin Azərbaycan millisində çalışmaqla bağlı daha sərfəli təklif aldığı bildirilsə də, o, ölkəmizə həmin söhbətin çıxdığı fevralda deyil, iyunda gəldi. Özü də milliyə deyil, "Turan Tovuz"a və 2+1 il müddətinə anlaşmaqla. Yeri gəlmişkən, o vaxt "Sportinfo" məlumat vermişdi ki, təcrübəli məşqçi ilk ilində 250 min dollar qazanacaq, sonrakı mövsümdəsə bu rəqəm daha 100 min dollar artırılacaq.

Bütün bu hadisələri nəzərə alaraq, Berdayevin "Turan Tovuz"u da yarı yolda qoyacağını düşünməmək mümkündürmü?

Rasim Mövsümzadə
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Oxşar xəbərlər