"Əl-İttihad"ın 37 yaşlıhücumçusu Kərim Benzema "Monako"nun yarımmüdafiəçisi Pol Poqbaya hədiyyə göndərib.
Bu barədə İdman.Biz "Footmercato"ya istinadən məlumat verir.
Fransalı hücumçu ona "Əl-İttihad"da geyindi formalarından birini üzərində "qardaşım üçün" yazısı ilə göndərib.

Poqba məşq zamanı aldığı zədəsini sağaldıb və Fransa klubunda Liqa 1-in 13-cü turunda "Renn"ə qarşı oynaya biləcək. Oyunçu hələlik "Monako"da bir dəfə də olsun meydana çıxmayıb. Onun sonuncu çıxışı iki il əvvəl, 2023-cü ilin sentyabrında, "Yuventus"da "Empoli"yə qarşı 28 dəqiqə oynadığı vaxt olub.