UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb.
"Report"un məlumatına görə, Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.
UEFA Çempionlar Liqası tarixi qələbə "Qarabağ" klubu Vətənə qayıdıb Azərbaycan çempionu