Türkiyənin "Sakaryaspor" klubunda çıxış edən Ben Yedderin yeni ünvanı Mərakeş olub.
İdman.Biz xəbər verir ki, Mərakeşin "Vidad Kasablanka" klubu "Sakaryaspor"dan Ben Yedderi heyətinə cəlb edib.
Ben Yedder yeni klubu ilə altı aylıq müqavilə imzalayıb.
"Sakaryaspor"da 14 oyunda meydana çıxan 35 yaşlı futbolçu beş qol vurub və üç məhsuldar ötürmə edib.