Çempionlar Liqasının 2025/26 mövsümünün üçüncü turunda "Real Madrid" "Yuventus"u qəbul edib.
İdman.Biz bildirir ki, oyun Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutub.
Görüşdə İspaniya klubu 1:0 hesabı ilə qalib gəlib.
Matçın yeganə qolunu 57-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Cud Bellingem vurub.
Üç oyundan sonra "Real Madrid" 9 xalla Çempionlar Liqasının turnir cədvəlində 5-ci yerdədir. İki xalı olan "Yuventus" 25-ci pillədə qərarlaşıb.