Millətlər Liqasının Şimali İrlandiya – Belarus oyunu öncə xoşagəlməz hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, qonaqların üç futbolçusuna viza verilməyib.
Bu üzdən Belarus yığması səfərə itkilərlə yollanıb. Vitali Lisakoviç, Pavel Savitski və Valeri Boçarov səfər görüşünü buraxmalı olacaq.
Qeyd edək ki, Şimali İrlandiya – Belarus matçı noyabrın 15-də keçiriləcək.
İdman.biz