Belarusun kapitanı Aleksandr Martınoviç zədə səbəbindən Tacikistan və Azərbaycanla keçiriləcək yoldaşlıq oyunlarında iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlos Alos məlumat verib.
O bildirib ki, "Kayrat"ın 37 yaşlı müdafiəçisi zədə səbəbindən qarşıdakı matçları buraxmalı olacaq.
Qeyd edək ki, Azərbaycan - Belarus oyunu martın 25-də Masazır qəsəbəsində keçiriləcək.