Millətlər Liqasının Şimali İrlandiya – Belarus oyunundan öncə qonaqlar xoşagəlməz xəbər alıblar. Sport24.az xəbər verir ki, Belarus yığmasının üçüzvünə viza verilməyib.
Bu üzdən Karlos Aloslanın çalışdırdığı komanda səfərə itkilərlə yollanıb. Vitali Lisakoviç, Pavel Savitski və Valeri Boçarov səfər görüşünü buraxmalı olacaq.
Qeyd edək ki, Şimali İrlandiya – Belarus matçı noyabrın 15-də keçiriləcək.