top
Bəhlul Mustafazadənin qələbə qolundan sonra atası: Bundan gözəl səhər ola bilməzdi Idman.biz
22 yanvar 2026, 14:39
- ↺ +

Bəhlul Mustafazadənin qələbə qolundan sonra atası: "Bundan gözəl səhər ola bilməzdi"

"Səhər saat 5-ə qədər yatmamışıq. Ancaq zənglərə cavab vermişik".

Bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev deyib.

Futbol mütəxəssisi UEFA çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda "Qarabağ"ın Bakıda Almaniya təmsilçisi "Ayntraxt" üzərində 3:2 hesablı qələbəsi ilə bağlı təəssüratlarını bölüşüb.

Ə.Mustafayev oğlunun 90+4-cü dəqiqədə vurduğu qələbə qolundan da danışıb.

"Bundan gözəl səhər ola bilməzdi, bu, dəqiqdir. Oyuna stadiondan baxırdım. Qol vurulan anda sevincimizdən bir-birimizi qucaqladıq, heç bilmədim qolu kim vurub. Top mərkəzə gələnə qədər bunu bilmədim. Ancaq onunla qucaqlaşırdım, bununla qucaqlaşırdım. Sadəcə, "Qarabağ"ın qol vurduğunu gördüm. Tamaşaçılar "Bəhlul, Bəhlul" deyə qışqırırdı. Sonra gedişata baxanda gördüm ki, odur. Komanda üçün daha çox sevindim. Bəhlulun da qol vurması mənim üçün xoşdur. Amma kim vursaydı, yenə eyni sevinci yaşayacaqdım. Bəhlulun qol vurması xüsusi bir şeydir. Cənab Prezidentin təbrikini də oxudum. O boyda ölkə başçısının diqqətindədirsə bu oyun, böyük bir şeydir", - deyə o, teleqraf.az-a açıqlamasında bildirib.

Ələmdar Mustafayev Ağdam klubunun hesabda geri düşməsindən də söz açıb:

"78-ci dəqiqədə hesabda geri düşəndə inanılmaz idi. Bərabərlik qolu vaxtında vuruldu, ikinci top daha qiymətli idi. Çempionlar Liqasının qrup mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olması qürurverici bir şeydir. Azərbaycanlı olması ilə yanaşı, övladım olduğu üçün də qürur duyuram. Bu qolu irəliyə doğru atılan addım hesab edirəm. Amma legionerliyi deyə bilmərəm. Çünki "Qarabağ" özü artıq markadır. Çempionlar Liqasında oynamaq, Azərbaycanı təmsil etmək qədər qiymətli şey bilmirəm".

Qeyd edək ki, "Qarabağ" hazırda 10 xalla Çempionlar Liqasının turnir cədvəlində 18-ci pillədə yer alır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Digər
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci turun mübahisəli epizodlarına aydınlıq gətirdi - VİDEO

Digər
Bu gün, 18:26

Kerem Aktürkoğlu körpüləri yandırdı: Geri qayıtmaq istəyir

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Oxşar xəbərlər