"Güclü komandaya qarşı oynayacağımızı bilirik".
İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan kubokunun "Sabah"la final matçı öncəsi mətbuat konfransında deyib.
O, finalda komandasının şanslarını dəyərləndirib: "Titullarımızın sayını istəyirik. İstəkli bir komandaya qarşı oynayacağıq. Ancaq biz də qələbə üçün çox istəkliyik. Yaxşı oyun göstərməyə çalışacağıq".
Qeyd edək ki, final oyunu mayın 31-də keçiriləcək.
Aytac Sahəd
İdman.biz