top
Bəhlul Mustafazadə Napoli ilə oyundan: Məqsədimiz xal və xallar qazanmaqdır Idman.biz
22 noyabr 2025, 12:00
- ↺ +

Bəhlul Mustafazadə "Napoli" ilə oyundan: "Məqsədimiz xal və xallar qazanmaqdır"

"Milli komandaların oyunlarına görə futbolçular bir qədər ayrı qalmışdı. Birlikdə oynamağa ehtiyac var idi".

Bunu "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Çətin keçən oyunda "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- "Sumqayıt" öz meydanında yaxşı çıxış edir. Bu səbəbdən də matça maksimum dərəcədə hazırlaşmışdıq. Oyun çox gərgin keçdi. Bəzi periodlarda onlar üstün idi, bəzi hissələrdə biz. Yekunda 3 xal qazandıq və buna görə sevinirik. Yolumuza davam edirik.

- İlk dövrədə "Qarabağ" yeganə məğlubiyyətini "Sumqayıt"dan almışdı. Bu məqam motivasiyanızı daha da artırırdı?

- Əlbəttə, bir komandaya uduzursansa, ikinci görüşə ikiqat hazırlaşmalısan. Biz də bunu etdik. Çalışırdıq qollar vuraq. Rəqibin də şansları var idi. Yekunda qələbə bizim oldu.

- Demək olar ki, "Napoli" ilə oyun öncəsi bu matç "Qarabağ" üçün yaxşı hazırlıq oldu?

- Milli komandaların oyunlarına görə futbolçular bir qədər ayrı qalmışdı. Birlikdə oynamağa ehtiyac var idi. Artıq qarşıdan "Napoli" ilə oyun gəlir. İndi həmin matçı düşünməliyik.

- Milli komandanın oyunları, çempionat, Çempionlar Liqası - bu gərgin qrafik futbolçuları nə dərəcədə yorur?

- Artıq öyrəşmişik. Bu, bizim üçün problem yaratmır.

- "Napoli" ilə matçdan gözləntiləriniz nədir?

- Çətin səfərdir. Bununla belə, məqsədimiz xal və xallar qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, çətin İtaliya səfərində uğurlu nəticə qazanacağıq.

- Çempionlar Liqasında 4 turdan sonra 7 xalı olan "Qarabağ"ın ilk 24-lüyə düşmək şansını necə dəyərləndirirsiniz?

- Şansımız var. Lakin unutmaq olmaz ki, rəqiblərimizin hamısı güclü kollektivlərdir. Buna baxmayaraq, sona qədər mübarizə aparacağıq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:15

Kəpəz Misli Liqa matçında İmişliyə qarşı itki ilə çıxacaq

Basketbol
Bu gün, 13:10

FIBA Avropa Kubokunda “Gəncə” komandası texniki məğlubiyyət aldı

Futbol
Bu gün, 13:04

Azuma Abubakar, "İmişli" qarşısında oynamayacaq

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” üçün 9 illik həsrət – “Qarabağ”la 65-ci qarşılaşma, son qələbə 2017-ci il

Gimnastika
Bu gün, 12:50

Mingəçevirdə 8 noyabrda bədii gimnastika üzrə regional yarış keçiriləcək

Formula 1
Bu gün, 12:38

Ferstappen və Louson Meksika Qran-prisinin sərbəst yürüşündəki insident üçün cəzalandırıldı

Digər
Bu gün, 12:00

Ağatahir Əzimov açıqladı: Araz-Naxçıvanın uğursuzluğunun səbəbləri

Güləş
Bu gün, 11:58

Arseniy Djioyev 86 kq çəki qrupunda dördqat dünya çempionu Kayl Deyk ilə finalda görüşəcək

Cüdo
Bu gün, 11:48

Azərbaycanın üç cüdoçusu Neapolda U-23 Avropa çempionatında mübarizə aparacaq

Futbol
Bu gün, 11:28

Qalatasaray, rusiya yarımmüdafiəçisi Matvey Kislyak transferinə maraq göstərir

Futbol
Bu gün, 11:00

Dodo: Azərbaycan çempionatında oyun həmişə çətin olub, gələcəkdə yenidən çıxmaq istəyir

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Oxşar xəbərlər