"Sofascore"a görə Bəhlul Mustafazadə Azərbaycan milli komandasının matçında ən yaxşı oyunçu seçilib.
İdman.Biz xəbər verir ki, müdafiəçi oyunda 10 ballıq sistemdə 7,7 bal toplayıb, topu beş dəfə rəqibdən çıxarıb, səkkiz zərbəni bloklayıb, iki dəfə topu ələ keçirib.
Onun bu performansı komandaya müdafiədə əhəmiyyətli dəstək olub.