top
Bəhlul Mustafazadə: Əsas odur ki, istəyimizə çatdıq və qalib gəldik, pley-offa vəsiqə qazanmaq şansımız var Sport24.az
22 yanvar 2026, 10:00
- ↺ +

Bəhlul Mustafazadə: "Əsas odur ki, istəyimizə çatdıq və qalib gəldik, pley-offa vəsiqə qazanmaq şansımız var"

"Penalti epizodu üçün oyunun gedişində çox məyus idim. Matç gedə-gedə də qol vurmaq barədə düşünürdüm. Son saniyələrdə buna nail olduğum üçün çox şadam. Sevinirəm ki, qələbə qazandıq". Sport24.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Ayntraxt"a qarşı keçirilən oyunun son saniyələrində vurduğu qolla "Qarabağ"a 3:2 hesablı qələbə qazandıran Bəhlul Mustafazadə deyib. 

 

Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran müdafiəçi Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olmasına belə münasibət bildirib:

 

"Əlbəttə ki, bu, çox xoşdur. Lakin komandanın qələbəsi daha önəmlidir. Komandamızın məqsədi qələbə qolunu vurmaq idi. Fərqi yox idi kim fərqlənəcəkdi. Əsas odur ki, istəyimizə çatdıq və qalib gəldik". 

 

Müdafiəçi "Ayaks"a məğlubiyyətdən sonra psixoloji cəhətdən sarsıntı keçirdiklərini də etiraf edib:

 

"Ayaks"a məğlubiyyətdən sonra çox tənqid olunduq. Təbii ki, haqlı tənqidlər də var idi. Komanda olaraq toparlanmağı bacardıq. Hədəfimiz pley-offa vəsiqə qazanmaq idi. Bu baxımdan bu gün çox vacib addım atdıq. Lakin hələ işimiz tam bitməyib. Ümid edirəm ki, pley-offa vəsiqə qazanacağıq". 

 

Tarixi qolun müəllifi Liqa mərhələsinin  son turunda səfərdə "Liverpul"a qarşı keçiriləcəkləri matç barədə də fikirlərini bölüşüb:

 

"Rəqib haqda çox danışmağa ehtiyac yoxdur. "Liverpul"un gücü məlumdur. Bununla belə, səfərə xal və ya xallar üçün gedəcəyik. Bu gün Avropanın aparıcı klubları ilə pley-off uğrunda mübarizə aparmağımız xoşdur. Düşünürəm ki, pley-offa vəsiqə qazanmaq şansımız var və komanda şəklində buna nail olmaq istəyirik. Hədəfimiz budur. Ümid edirəm ki, bacaracağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Basketbol
Bu gün, 14:56

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

Futbol
Bu gün, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Futbol
Bu gün, 14:31

Safonovun PSG-dəki maaşı aliment mübahisəsinə yol açdı

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Futbol
Bu gün, 14:20

Dirk Kuyt Fənərbağçadan ayrıldı

Futbol
Bu gün, 14:00

Röyal Nəcəfov: Xankəndiyə geri dönüş tarixdir

Futbol
Bu gün, 13:54

Lamin Yamal Avropanın TOP-5 liqasında dribbling rekordunu qaldırdı

Güləş
Bu gün, 13:40

Azərbaycan sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazandı

Futbol
Bu gün, 13:20

Futbolçu millət yığmasının düşərgəsini tərk edib ‘Real’da qalacaq

Futbol
Bu gün, 13:15

Ronaldu ayrıldı, Portuqaliya millisinin biletlərinin qiymətləri kəskin düşdü

Futbol
Bu gün, 13:06

Lixtenşteyn-Azərbaycan oyunu üçün hakimlər təyin edildi;

Qarabağ FK
Bu gün, 13:00

Qarabağ ən yüksək topa sahibolma faizində, Kəpəz ən aşağıda

Basketbol
Bu gün, 12:59

Azərbaycan qadın basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

Futbol
Bu gün, 12:46

Sumqayıt kapitanı İsa Suliman Pakistan milli komandası üçün dəvət alıb;

Futbol
Bu gün, 12:40

Çox az insan 90 dəqiqə futbol izləyir

Güləş
Bu gün, 12:33

Davud Məmmədov Qazaxıstandakı beynəlxalq yunan‑Roma güləş turnirinin qalibi oldu;

Futbol
Bu gün, 12:29

Fənərbağça, Dirk Kuytla yollarını ayırdı

Oxşar xəbərlər